“Günəşli”də ən təhlükəli qaz quyusunda yanğın söndürüldü
Tarix: 16-01-2016 | Saat: 13:58
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
SOCAR məlumat yaydı.
“Günəşli” yatağındakı 10 saylı özüldəki qaz quyularından birində yanğın söndürülüb.
Xəbəraz.az xəbər verir ki, Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, “Günəşli” neft yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində yanan quyuların ətrafında deformasiyaya uğramış metal konstruksiyaların kəsilməsi, ərazidən kənarlaşdırılması, eləcə də fontana qarşı mübarizə qrupunun quyular ətrafında sərbəst işləməsi üçün müvafiq strukturlar tərəfindən fasiləsiz tədbirlər həyata keçirilib, yararsız vəziyyətə düşmüş quyuağzı avadanlıqlar kəsilərək çıxarılıb, yeni avadanlıqlar quraşdırıldıqdan sonra platformanın üzərindən quraşdırılmış aqreqatlar vasitəsilə sözügedən quyuya su vurulub:
“Yanğınsöndürənlərin, eləcə də “Azneft” İstehsalat Birliyinin müvafiq strukturlarının əməkdaşlarının gərgin səyləri nəticəsində yanvarın 16-da qaz quyularının ən təhlükəlisində yanğını söndürmək mümkün olub”.
SOCAR-da bildirilib ki, 2015-ci il dekabrın 4-də “Günəşli” neft yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində yaranmış yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Xəbəri paylaş
5918 dəfə oxunub.
Digər xəbərlər

22-12-2019, 00:02
Millimizin futbolçusu Rusiyada evləndi - FOTO
17-03-2020, 21:08
Gənc blogger simasında dəyişiklik etdi
22-05-2015, 23:10
Həbs olunan şəxs nazir müavini olan general qardaşıdır- Təfərrüat
24-11-2016, 22:48
Ağarmış saçları rəngləmək üçün TƏBİİ FORMUL
20-08-2019, 12:07
Bakıda çoxmərtəbəli yaşayış binası yanır - VİDEO
9-06-2016, 15:40
Rusiya NATO-dan yox, neftdən qorxur
21-03-2017, 14:23
Dünyanın ən zəngini yenə O OLDU – İLK ÜÇLÜK
23-10-2019, 14:48
Texniki baxışla bağlı VACİB MƏLUMAT
30-03-2017, 22:02
Çin çadraya qadağa qoydu
29-07-2022, 13:18
BAŞ VERMİŞ NARAZILIQ BARIŞIQLA BİTDİ