Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Füzulidə çoban işlədiyi fermadan 147 baş qoyunu oğurladı
Tarix: 16-01-2016 | Saat: 13:24
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Füzulidə çoban işlədiyi fermadan  147 baş qoyunu oğurladı
Faktla bağlı cinayət işi açılıb.

Füzuli rayonunda mal-qara oğurluğu ilə məşğul olan dəstə tutulub.

Xəbəraz.az "Report"-a istinadən xəbər verir ki, rayon sakini əvvəllər çoban işlədiyi fermanın xırda buynuzlu mal-qaralarını oğurlayıb.

Füzuli rayonu, 6-cı Qayıdış qəsəbəsində yerləşən, Fikrət Bayandur oğlu Zamanova məxsus fermadan bütün xırda buynuzlu heyvanlar oğurlanıb.

F.Bayramov ona məxsus olan fermadan heyvanların oğurlanması barədə Füzuli Rayon Polis Pöbəsinə (RPŞ) rəsmi müraciət edərək bildirib ki, fərdi təssərrüfatından 147 baş qoyun, 7 baş keçi oğurlanıb.

Füzuli RPŞ-dən bildirilib ki, şöbənin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirlərı zamanı fermadan oğurluğu Xocavənd rayon sakini, 35 yaşlı Qədir Xıdır oğlu Sarıyev və onun tanışı, Ağcabədi rayon sakini, 22 yaşlı Anar Misirxan oğlu Alızadənin etdiyi məlum olub:

"Həmin şəxslər Ağdam rayonu ərazisində aşkar edilərək şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirilmə zamanı hər iki şəxs törətdikləri əməli etiraf ediblər. Məlum olub ki, Qədir Sarıyev bir neçə il öncə həmin fermada çoban işləyib və fermanın itlərinin onu tanımasından istifadə edərək bu cinayət əməlini törədib".

Faktla bağlı Füzuli RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi açılıb.


Xəbəri paylaş

1 7048 dəfə oxunub.

Digər xəbərlər
20-02-2020, 20:58 "20 Yanvar" yolu BAĞLANDI

bütün xəbərlər
____ Instagram ___