Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Braziliyalı model plastik əməliyyatdan sonra öldü – FOTO
Tarix: 14-01-2016 | Saat: 14:07
Bölmə:Karusel / Hadisə / Şou-Biznes / M2 | çapa göndər

Braziliyalı model plastik əməliyyatdan sonra öldü – FOTO


Populyar gözəllik müsabiqələrindən birində ikinci yeri tutan braziliyalı model Rakel Santos Rio-de-Janeyroda plastik əməliyyatdan sonra vəfat edib.
Xeberaz.az The Daily Mail-ə istinadla xəbər verir ki, 28 yaşlı Santosda mimik qırışların aradan qaldırılması üçün Potenay preparatının inyeksiyasından sonra ürək tutması olub. O, sürətli ürəkdöyünməsindən və hava çatışmazlığından şikayət edib. Santosu xəstəxanaya yatırıblar, amma həkimlər onun həyatını xilas edə bilməyiblər.
Modelin ölüm hadisəsinin araşdırılması ilə Rio-de-Janeyro polisi məşğul olur, onlar yas mərasimini belə yarımçıq qoymağa məcbur olublar. Müstəntiqlər onun ölümünə qeyri-qanuni preparatlardan istifadə etməsinin səbəb olduğunu ehtimal edirlər.
Santosun oğlan dostu Jilbert Azevedo xanımın çox siqaret çəkdiyini və Potenay inyeksiyalarının alüdəçisi olduğunu bildirib. Plastik cərrah Vaqner Moraiş baş verənlərə görə günahı öz üzərinə götürməkdən imtina edib, onun sözlərinə görə apardığı prosedur sadə və təhlükəsizdir.
Həkimlər hesab edirlər ki, modelin ölümünə səbəb çox siqaret çəkməsi və bəzi dərmanları qəbul etdiyini həkimdən gizlətməsi olub.
Rakel Santos 2015-ci ildə populyar gözəllik müsabiqəsi “Musa do Brasil”də ikinci yeri tutub. Onun 7 və 13 yaşında iki oğlu var.
Braziliyalı model plastik əməliyyatdan sonra öldü – FOTO
Braziliyalı model plastik əməliyyatdan sonra öldü – FOTO
Braziliyalı model plastik əməliyyatdan sonra öldü – FOTO
Braziliyalı model plastik əməliyyatdan sonra öldü – FOTO
Braziliyalı model plastik əməliyyatdan sonra öldü – FOTO
Braziliyalı model plastik əməliyyatdan sonra öldü – FOTO
Braziliyalı model plastik əməliyyatdan sonra öldü – FOTO


Xəbəri paylaş

1 5318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___