Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Pentaqon Ankaranın Suriya ilə bağlı yeni planını açıqladı
Tarix: 13-01-2016 | Saat: 22:44
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

Pentaqon Ankaranın Suriya ilə bağlı yeni planını açıqladı
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin cənub sərhədlərinin mühafizəsi çərçivəsində Suriyadakı sünni ərəb döyüşçülərinin silahlandırılması və təliminə kömək haqqında Ankaranın müraciətini araşdırır.

Bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən “The Wall Street Journal” bildirib.

Nəşrin məlumatına görə, Türkiyə-Suriya sərhədinin mühafizəsi üçün mötədil Suriya müxalifətinin bölmələrinin yaradılması haqqında danışıqlar Ankarada ABŞ Baş Qərargahlar rəislərinin Birləşmiş Komandanlığının sədri general Cozef Danfordun iştirakı ilə aparılıb. Ancaq yekun qərar hələ qəbul edilməyib. Danford təlim və silahlanma proqramının detallarını açıqlamaqdan imtina edib. Amma qeyd edib ki, Vaşinqton müxalif qüvvələrinin tərkibini özü müəyyən etməli olacaq.

Qeyd edək ki, Türkiyə Suriya ilə sərhəddə 23 kilometrlik beton maneə inşa edib, 108 kilometr tikanlı məftil çəkib, 386 kilometr səngər qazıb və 423 kilometrdə işıqlandırma sistemi qurub. Lakin bütün bunlar sərhədin mühafizəsi üçün kifayət etmir.

Pentaqonun məlumatına görə, Suriya ilə sərhədin mühafizəsi üçün 30 mindən çox hərbi qulluqçu lazım ola bilər. Ankara isə bunun üçün böyük maliyyə vəsaitinin lazım olduğunu bildirir.Publika.az


Xəbəri paylaş

5558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___