Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qarnında elə bir yırtıq əmələ gəldi ki... - futbol topu keçər - VİDEO
Tarix: 13-01-2016 | Saat: 21:17
Bölmə:Karusel / Maraqlı / M2 / Xəbəraz TV | çapa göndər

Qarnında elə bir yırtıq əmələ gəldi ki... - futbol topu keçər - VİDEO
İnsan bədəninin müxtəlif nahiyyələrində yırtıqların əmələ gəlməsi həkimlər üçün nadir hadisə sayılmır. Ancaq Böyük Britaniyada eyni xəstəlikdən əziyyət çəkən 67 yaşlı bir sakin sadəcə tibb işçilərini yox, bütün dünyanı təəccübləndirib. Qlen Uilyams adlı şəxsin qarın boşluğundakı dərialtı yırtıq o qədər böyük olub ki, hətta öz iradəsindən kənar qarnında futbol topu ölçüsündə kürə əmələ gəlirmiş.

Hər dəfə öskürəndə qarnında yaranan bu şiş onu insanlar arasında gülüş hədəfinə çevirib. Onu tanımayanlar belə yaşlı təqaüdçünü hamilə qadınla müqayisə edəndə Qlen Uilyams xəcalətdən gizlənməyə yer axtarırmış.

Ən dəhşətlisi isə odur ki, həkimlər Qlenə necə kömək edəcəklərini bilmirmiş. Bir müddət əvvəl cərrah Qrexem Ofer onu əməliyyat edəcəyini deyəndə sevindiyindən özünə yer tapa bilməyib. Kifayət qədər çətin əməliyyatla üzləşdiyini etiraf edən həkim pasientin qarın boşluğunda uzunluğu 30 eni 20 santimetr olan boşluğu plastik cərrahiyə yolu ilə bitişdirdiyini deyir.

6 saat davam edən əməliyyatdan sonra əvvəlki sağlığına qovuşan Qlen Uilyams sevindiyindən göylərdə uçduğunu bildirib. Bu vaxtadək güzgüyə baxmağa belə cəsarət etmədiyini deyən təqaüdçü indi həm rahat nəfəs ala, həm də rahat öskürə biləcək.


Xəbəri paylaş

5948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___