Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı Forum-dialoq keçirilib
Tarix: 13-01-2016 | Saat: 14:23
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Bakıda "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı Forum-dialoq keçirilib
12 yanvar 2016-cı il tarixində, Baki şəhərində "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi: yeni istiqamətlər, inkişaf və perspektivlər" adlı Beynəlxalq Forum-dialoq keçirilib. Tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "İran Dəmir Yolları" şirkəti Direktorlar Şurasının sədri Möhsün Purseyid Ağayi, İran Nəqliyyat və şəhərsalma nazirinin müavini Mohəmməd Seyidnejat, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze, Ukrayna infrastruktur nazirinin müavini Snitko Nikolay Petroviç, "Ukrayna Dəmir Yolu" SC-nin İdarə Heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy iştirak ediblər.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri C.Qurbanov çıxış edərək ölkəmizin coğrafi cəhətdən Qafqazın əlverişli mövqeyində yerləşdiyini qeyd edib. Bildirib ki, bu mövqe Xəzəryanı ölkələrin tranzit yükdaşıma potensialının artırılması istiqamətində bir çox layihələrin həyata keçirilməsi ilə nəticələnib. O vuğulayıb ki, ölkə başçısı İlham Əliyevin dəstəyi ilə tranzit yük daşımalarının artırılması istiqamətində nəqliyyat sahəsində bir sıra islahatlar aparılıb və layihələr həyata keçirilir: "Bu gün nəqliyyat bazarına yeni logistik məhsul-Cənub-Qərb İran körfəzi-Qara dəniz nəqliyyat marşrutunu təklif edirik. Bizim ekspertlərdən ibarət qrupumuz bu marşrut üzrə perspektiv və inkişaf yollarını araşdırıb və yüklərin daşınması üçün xüsusi tariflər hazırlayıblar. Bu təklif buradakı dəmir yolları rəhbərləri tərəfindən müzakirə ediləcək və inanıram ki, təsdiq olunacaq.
Bu tranzit dəhlizi tranzit daşıma yüklərinin Hind okeanı və İran körfəzində yerləşən limanlardan Bəndər-Xomeyni və Bəndər-Abbas Limanlarına və ordan dəmir yolu xətti ilə İran, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Qara dəniz hövzəsində yerləşən limanlara və əks istiqamətdə iqtisadi baxımdan daha əlverişli şəraitdə çatdırılmasını təmin edəcək. İlkin hesablamalara əsasən, mövcud infrastrukturu nəzərə alsaq, Bəndər-Abbas limanından Poti və Batumi limanlarına yük daşımaları 7 gün, Mumbai limanından isə 14 gün ərzində reallaşdırmaq mümkün olacaq.
Mumbai limanından Poti və Batumi limanlarına 20 funtluq konteynerlərin daşınması üçün məbləğ 2500 dollar, 40 funtluq konteynerlərin daşınması üçün isə 3500 dollar civarında nəzərdə tutulur. Yeni tranzit dəhlizi İran körfəzi və Qara dəniz hövzəsində yerləşən ölkələr arasında ticarət dövriyyəsini artıracaq, iqtisadi və mədəni əlaqələri gücləndirəcək".
Cavid Qurbanov bildirib ki, Qəzvin-Rəşt-Astara dəmir yolu xətti ilə bağlı Azərbaycan tərəfi İran ilə mühüm sənədlər imzalayıb.
Qeyd edib ki, Şimal - Cənub tranzit dəhlizinin effektliyinin artırılması, daşıma məsələlərinin məsrəflərinin azaldılması, tranzit daşımaçılığı prosedurlarının sadələşdirilməsi məqsədi ilə birinci mərhələdə Astara ərazisində mövcud olan dəmir yolu xəttinin İran sərhəddinə qədər 8,3 km uzadılması, Azərbaycanla İran arasında sərhəd keçid məntəqəsində 100 metrlik körpünün qarşılıqlı maliyyə əsaslarında tikintisinin təmin olunması, Astara-İran ərazisində əlavə 1520 mm-lik ox standartı ilə 1,7 km dəmir yolu xəttinin çəkilməsi, dəmir yolu xəttinin tamamlandığı ərazidə yük terminal məntəqəsinin inşa edilməsi nəzərdə tutulub: "Bu yük terminalı hər iki ölkənin təsdiq etdiyi xüsusi iqtisadi enerji statusunda fəaliyyət göstərməklə Rəşt-Astara dəmir yolu xəttinin tikintisindən sonra oxların 1520-dən 1435-ə dəyişməsi üçün istifadəyə veriləcək. İkinci mərhələdə Qəzvin-Rəşd dəmir yolu xəttinin başa çatdırılması, Rəşd - Astara İran dəmir yolu xəttinin tikintisinə başlanılması planlaşdırılıb. Rəşd -Astara 150 km dəmir yolu xəttinin çəkilməsi ilə koridor bütövlükdə dəmir yolu ilə əhatə olunacaq. İşlər tamamlandıqdan sonra ilkin mərhələdə 5 milyon ton, növbəti mərhələdə isə 10 milyon ton yüklərin Şimal-Cənub dəhlizi ilə müvafiq olaraq Azərbaycan dəmir yollarına cəlb olunması planlaşdırılır".
Daha sonra çıxış edən qonaqlar Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında danışaraq, yeni istiqamətlər və perspektivlərdən söz açıblar.
Qeyd edək ki, forumun sonunda protokol imzalanıb.
Bakıda "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı Forum-dialoq keçirilib
Bakıda "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı Forum-dialoq keçirilib
Bakıda "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı Forum-dialoq keçirilib
Bakıda "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı Forum-dialoq keçirilib
Bakıda "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı Forum-dialoq keçirilib
Bakıda "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı Forum-dialoq keçirilib
Bakıda "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı Forum-dialoq keçirilib
Bakıda "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı Forum-dialoq keçirilib
Bakıda "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı Forum-dialoq keçirilib


Xəbəri paylaş

1 2158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___