Rəhimə Xanım ziyarətgah-məscidinin qeydiyyata alınması üçün Qafqaz Müsəlmanları İdarəsinə müraciət etdi
Tarix: 13-01-2016 | Saat: 14:08
Bölmə:Karusel / Gündəm / M2 / İbadət | çapa göndər
“Qanunauyğun fəaliyyət göstərəcək”.
Nardaranda qeydiyyatsız fəaliyyət göstərdiyinə görə bağlanan Rəhimə Xanım ziyarətgah-məscidinin qeydiyyata alınması üçün Qafqaz Müsəlmanları İdarəsinə müraciət edilib.
Xeberaz.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilati məsələlər şöbəsinin müdiri Hacı Əlirza Qafarov deyib.
O bildirib ki, Rəhimə Xanım məscid-ziyarətgahının dini icması qeydiyyatla bağlı QMİ-yə müraciət edib:
“Biz uyğun gördük və sənədlərin toplanması üçün göstəriş verdik. Onlar sənədlərini toplayıb bizə təqdim edəcəklər və biz də aidiyyəti üzrə rəy verib, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yollayacağıq. Güman edirəm ki, məscid-ziyarətgah tezliklə qeydiyyata alınacaq və qanunauyğun fəaliyyət göstərəcək”.
Qeyd edək ki, Nardarandakı hadisələrdən sonra qəsəbə üzrə yalnız Cümə məscidi qeydiyyatı olduğu üçün fəaliyyətini davam etdirib. Digər məscidlər - Rəhimə Xanım məscidi, Qulam Əli məscidi, Kiçik məscidi və Ağa məscidi isə qeydiyyatları olmadığı üçün fəaliyyətini dayandırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, həmin məscidlər sənədlərini toplayıb, QMİ-yə verməli və QMİ də öz rəyi ilə birlikdə sənədləri komitəyə təqdim etməlidir.
Xəbəri paylaş
6818 dəfə oxunub.
Digər xəbərlər

15-10-2016, 12:08
Çiçək: "Ərim mənə qadağa qoymuşdu" - FOTO
14-04-2015, 14:52
Oğurluq etmiş Zümrüd Rəhimova tutuldu.-58 min dəyərində
25-07-2018, 21:09
Pompeodan Türkiyənin keşiş barədə verdiyi qərara: Gözləyirik
4-07-2015, 17:09
Əli Həsənovun qardaşı vəfat edib
29-07-2017, 22:39
"Lider"in aparıcısının toyu oldu - FOTO
22-03-2023, 12:11
Ağciyəri təmizləyən, öskürəkdən xilas edən 5 OT - Foto
23-04-2017, 17:15
Güc strukturlarımız almanları qabaqladı
6-06-2017, 14:02
30 yaşı keçmisinizsə, bu qidalardan uzaq durun - Həkim rəyi