Sürətlə arıqlamağın yolları
Tarix: 13-01-2016 | Saat: 13:57
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
Statistika göstərir ki, insanlar ən çox qışda kökəlir. Daha az hərəkət etmək, daha kalorili qidalar yemək, sosial fəaliyyətlərə az vaxt ayırmaq, idmana fasilə vermək kimi səbəblər kökəlməyə gətirib çıxarır.
Ancaq diyetoloqlar bildirir ki, səhər oyanan kimi bir neçə qaydaya əməl etməklə, nəinki qış aylarında kökəlməyin qarşısını almaq, hətta arıqlamaq da mümkündür.
Xəbəraz.az arıqlamaq üçün səhərlər əməl etməli olduğunuz qaydaları təqdim edir :
* Erkən oyanın!
Erkən saatlarda oyananların maddələr mübadiləsi daha sürətlə işləyir. Bu da orqanizmin gün ərzində daha çox kalori xərcləməsinə kömək edir.
*Günəşi hiss edin!
Səhər oyanan kimi ilk işiniz otağınızın pərdələrini çəkmək və pəncərəni açmaq olsun. Belə bir deyim var, “Günəş girməyən evə, həkim gələr”.
Günəş insan sağlamlığı üçün əhəmiyyətlidir. Onun işığı maddələr mübadiləsini sürətləndirir və özünüzü gümrah hiss etməyinizə səbəb olur.
*Maye ehtiyacınızı ödəyin!
Yuxudan oyandıqdan sonra acqarına bir stəkan su için. Suyun içərisinə bir neçə damcı limon əlavə edə bilərsiniz. Su içməyi xoşlamırsınızsa, səhərlər evdə hazırlanmış təbii meyvə şirələri için.
*Zülal tərkibli səhər yeməyi yeyin!
Günə sağlam qidalarla başlayın. Tərkibində zülal olan qidalar insanı tox saxlayır və maddələr mübadiləsini sürətləndirir. Odur ki, səhər yeməyi zülal tərkibli qidalardan hazırlanmalıdır. Suda bişmiş yumurta və bütöv dənli taxıldan hazırlanmış 1 dilim çörək ən yaxşı səhər yeməyi hesab edilə bilər.
*İdmana vaxt ayırın!
Səhər idmanı maddələr mübadiləsini sürətləndirməyin ən yaxşı yoludur. Sadəcə, 10 dəqiqənizi ayıraraq yüngül hərəkətlər edin.
*İşə yeriyərək gedin!
İş yeriniz evinizə yaxındırsa, mütləq yeriyərək gedin. Daha uzaq məsafələrə isə velosipedlə gedə bilərsiniz. Səhərlər ictimai nəqliyyatdan və ya şəxsi avtomobildən istifadə etmək sizə əlavə stress və əsəbdən başqa heç nə qazandırmayacaq.
Xəbəri paylaş
1 8348 dəfə oxunub.
Digər xəbərlər

23-10-2019, 12:11
Turun oyunçusu Rəhman oldu
29-04-2016, 11:30
Bakıda ayı peyda oldu
4-03-2018, 17:22
Bu adada insanlar izsiz-soraqsız yoxa çıxır: Elm susur… - VİDEO
11-06-2015, 17:57
"İişğalçı Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxarılmalıdır"
27-12-2016, 20:53
Yağıntıların miqdarı dəyişib - Bizi nələr gözləyir?
6-05-2019, 20:20
Telejurnalist Xuraman Aydına qarşı dələduzluq edilib
13-07-2018, 13:37
Qatilin üstünə silahsız gedən polisimizin - Son sözü
18-09-2015, 21:16
model İsa peyğəmbərin təsviri və ikonaları qarşısında poza verib
20-10-2019, 12:22
Emin və azərbaycanlı məşhurlardan “Azərbaycan-101” layihəsi - VİDEO