Radara düşənlər üçün yeni xəbər
Tarix: 12-01-2016 | Saat: 15:58
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Mayın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyətə cəlb etmə müddətləri ilə bağlı maraqlı yeniliklər var. Bu yenilik daha çox yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara aiddir. İki yenilik daha maraqlıdır.
Xeberaz.az Avtosfer.az-a istinadən bildirir ki, birinci yenilik odur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə cəlbetmə müddəti bir ilə qaldırılır. Hazırda bu müddət iki aydır. Yalnız icraatı dayandırmaq üçün əsaslar olduqda həmin müddət dayandırmadan sonra bir ilədək davam edə bilər. Yeni layihə isə hər bir halda cəlbetmə müddətini bir il müəyyən edir. Yəni yol hərəkəti qaydasını pozmuş sürücüyə, piyadaya və ya başqa hərəkət iştirakçısına cərimə və digər tənbehlər qayda pozuntusundan sonrakı bir il ərzində tətbiq oluna bilər.
İkinci yenilik isə daha maraqlıdır. Məcəllənin layihəsində qeyd olunur ki, sürücünün törətdiyi və xüsusi texniki vasitələrlə (kameralarla və ya radarla) qeydə alınmış qayda pozuntuları elektron protokolla rəsmiləşdirildikdən sonra həmin elektron protokol hər bir sürücünün elektron kabinetinə 1 aydan gec olmayaraq yerləşdirilməzsə, sürücü həmin qayda pozuntusuna görə məsuliyyətdən azad olunur. Başqa sözlə, sürücünün törətdiyi qayda pozuntuları cəmiyyətdə "MMX protokol" kimi tanınan elektron protokolla rəsmiləşdirilibsə, həmin protokol xətanın törədildiyi gündən bir ay müddətində sürücünün özünün, bankın, poçtun görə biləcəyi sistemdə yerləşdirilməlidir. Əks təqdirdə, yəni MMX protokol qayda pozuntusundam sonrakı bir ay müddətində "elektron kabinet"də yerləşdirilmədikdə həmin sürücü bu qayda pozuntusuna görə cərimə oluna bilməz.
Qanunvericiliyin belə yanaşması DYP-nin Mərkəzi İnformasiya Sisteminin tərtib etdiyi elektron protokolların aylarla, bəzən illərlə virtual aləmdə heç kəsin xəbəri olmadan dolaşmasının qarşını almağa yönəlib. Qanunvericiliyin tələbinə əsasən, xüsusi texniki vasitələrinin qeydə aldığı qayda pozuntusu real vaxt rejimində avtomatik olaraq elektron protokolla rəsmiləşdirilməlidir, daha sonra həmin protokol dərhal "ASAN ödəniş" sisteminə ötürülməli və sürücünün fərdi elektron kabinetinə yerləşdirilməlidir. Amma təcrübədən məlumdur ki, bu heç də həmişə belə edilmir. Bəzən sürücülər hətta bir neçə ildən sonra yolda saxlanıldıqda onlara məlum olur ki, barələrində elektron MMX protokol var. Bəzən də elektron protokol sürücüyə göndərilmiş olsa da, sürücü aylarla banka gedərək onu ödəyə bilmir. Çünki həmin protokol bankın və sürücünün özünün görə biləcəyi sistemə yerləşdirilmir. Belə vəziyyətlərin istisnası üçün yeni Məcəllədə konkret müddət müəyyən edilir.
Şübhəsiz ki, belə yanaşma qayda pozuntularının sənədləşməsi ilə bağlı işləri sürətləndirməyə və operativliyi artırmağa yönəlib.
Xəbəri paylaş
7478 dəfə oxunub.
Digər xəbərlər

26-04-2016, 12:41
Zəvvarlarımız Məkkədə edam oluna da bilər
27-08-2021, 14:17
Ermənistan tərəfə keçən Cəmil Babayev KİMDİR? - Anası da həmin hərbi hissədə... / FOTO
28-10-2018, 11:03
Bakıda şagirdi döyən direktor müavini işdən çıxarıldı
16-03-2023, 09:37
Ən qorxunc qatillər və manyaklar hansı bürclərdən çıxır? - ABŞ Federal Təhqiqatlar Bürosunun MƏLUMATI
29-01-2016, 20:57
Buzovnada qadını öldürüb Rusiyaya qaçan şəxsə – AĞIR CƏZA
6-02-2017, 16:32
Görənlər ŞOKDA - Satışda QARA RƏNGLİ yumurta və toyuq əti - FOTOLAR
4-04-2017, 11:01
Yeni “Niva”lar belə olacaq - Ruslar dəyişiklik etdi - FOTO
24-09-2015, 20:37
Tovuzda çörək pulu qazanan qadının faciəvi ölümü
5-11-2015, 20:26
12 Yaşlı hamilə qızı görənlər şok yaşadı VİDEO
27-09-2021, 16:36
Obyekt sahibindən hədə-qorxu ilə pul tələb edən "jurnalist" saxlanıldı