Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sətəlcəmin ilk simptomları - DİQQƏTLİ OLUN
Tarix: 10-01-2016 | Saat: 22:25
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Sətəlcəmin ilk simptomları - DİQQƏTLİ OLUN
Sətəlcəm (pnevmoniya) ağciyərlərin iltihabıdır. Pnevmoniya çox təhlükəli xəstəlik sayılır. Uşaqlarda, yaşlı insanlarda, ağır xroniki xəstəlikləri olan, immun sistemi zəifləmiş insanlarda pnevmoniya ölümə səbəb ola bilər. Bu səbəbdən sətəlcəmin ilk simptomlarını bilmək çox vacibdir.
Xeberaz.az saglamolun.az-a istinadən bildirir ki, əksər hallarda pnevmoniya qripp və soyuqdəymə xəstəlikləri fonunda inkişaf edir. Hal hazırda yayılmaqda olan "donuz qripin"in əsas təhlükəli ağırlaşması məhz sətəlcəmdir.

Pnevmoniyanın ilk simptomları:

- Öskürək (quru, arası kəsilməyən, daimi). Nadir hallarda sətəlcəm zamanı öskürək tək-tük və zəif ola bilər.

- Xəstənin vəziyyətinin kəskin pisləşməsi. İstənilən virus xəstəliyi 7 gündən artıq çəkmir və xəstənin vəziyyəti tədricən yaxşılaşır. Əgər soyuqdəymə və ya qripp başladıqdan 4-7 gündən sonra xəstənin vəziyyəti birdən-birə yenə pisləşməyə başlayıbsa (hərarət yenidən qalxmağa başlayır və s.), bu, əksər hallarda sətəlcəmin inkişafının simptomudur.

- Yüksək hərarət (39-40 C). Bu zaman adi hərarətsalan dərmanlar lazım olan təsir etmir. Bu da sətəlcəmin əsas simptomlarından biridir.
Lakin bəzən (atipik pnevmoniya zamanı) hərarət yüksək olmaya bilər (37,1-37,5 C kimi). Bu səbəbdən xəstəliyin digər simptomları meydana çıxdıqda, dərhal həkimə müraciət edin. Son zamanlar atipik pnevmoniyanın halları çoxalır.

- Zəiflik, halsızlıq.

- Dəri örtüklərinin solğun olması.

- Təngnəfəslik.

- Dərin nəfəsalma zamanı döş qəfəsində ağrılar.

- Tərləmənin artması (xüsusilə gecə saatlarında).

Pnevmoniya çox tez inkişaf edən xəstəlikdir. Bu səbəbdən xəstəliyin ilk simptomlarında dərhal həkimə müraciət etmək lazımdır. Bu halda xəstəlik daha tez və asan müalicə olunacaq.


Xəbəri paylaş

6718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___