Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Neft 20 dollar olacaq
Tarix: 10-01-2016 | Saat: 11:34
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Neft 20 dollar olacaq
Proqnozları nəzərə alan liderlər bu barədə təxminlərində bir az ehtiyatlı davranırlar.
Dünya birjalarında neftin qiyməti həftənin əvvəlində İran və Səudiyyə Ərəbistanı arasındakı diplomatik gərginliklə əlaqədar 2 faiz artmışdı. Lakin həftə ərzində Çinin maliyyə bazarlarından gələn mənfi xəbərlərin təsiri ilə neftin qiyməti 33 dollar/barrelədək ucuzlaşdı.

“Brent” markalı xam neftin qiyməti isə təxminən 4,7 faiz nisbətində azaldı. Analitiklər dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın qiymətlərin 20 dollaradək ucuzlaşacağına dair proqnozlarını nəzərə alaraq bu barədə təxminlərində bir az ehtiyatlı davranırlar.

“Əgər belə davam edərsə neftin qiymətinin 20 dollaradək ucuzlaşması riski var və bu da istehsal sahələrinin bağlanmasına gətirib çıxaracaq”, deyə “Goldman Sachs”ın əmtəə üzrə direktoru Jeffrey Kurrie bildirib.


Neft 20 dollar olacaq
“IHS Global Insight”ın neft bazarları üzrə direktoru Spenser Velç deyib: “Neftin qiymətlərinin gündəlik və ya bir neçə günlük gedişatını qiymətləndirərək 20 dollar/barrel səviyyəsinə düşəcəyini demək olar. Lakin qiymətin bu səviyyədə qalıb-qalmayacağı və ya nə qədər qalacağı barədə fikir bildirmək isə çox çətindir”.
Neft 20 dollar olacaq
Bundan başqa, Çindəki iqtisadi yavaşlama və bununla əlaqədar olaraq neft tələbatının azalması, həmçinin də xam neft hasilatının günbəgün artması da qiymətlərə öz mənfi təsirini göstərir.

Son günlər dünyanın aparıcı investisiya bankları, analitiklər neftin dünya bazarındakı qiymətləri ilə bağlı bədbin proqnozlar verirlər.

Rusiya maliyyə naziri Anton Siluanov da neftin 2016-cı ildəki qiyməti ilə bağlı proqnoz verib. O bildirib ki, gələn il neftin bir barelinin qiymətinin 40 dollar olacağı gözlənilir. Daha sonra nazir ehtiyat edərək bəyan edib ki, Rusiya neftin barelinə görə istənilən qiymətə hazır olmalıdır.



Hazırda dünya birjalarında “Brent” markalı neftin qiyməti 33.55 dollar, “Texas” (WTI) markalı neftin qiyməti markalı neftin bir barelinin qiyməti 33.16 dollardır.

“AzəriLayt” markalı neftin bir barelinin qiyməti 0,02 dollar bahalaşaraq 35,79 dollar təşkil edib.


Xəbəri paylaş

8398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___