Vaxtı keçmiş yarım ton dərman zərərsizləşdirildi
Tarix: 10-01-2016 | Saat: 11:12
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
Bakıda baytarlıq apteklərində reyd keçirilib.
Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) heyvan həyatı üçün təhlükəli olan, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarının istehsalı və satışının qarşısını almaq məqsədi ilə reyd keçirib.
DBNX-nin mətbuat katibi Yolçu Həsənov bildirib ki, reyd zamanı Bakı şəhərində iki baytarlıq aptekindən 70 kiloqramdan çox kustar üsulla hazırlanmış saxta, keyfiyyətsiz dərman maddəsi aşkar olunaraq götürülüb.
Həmin dərman preparatlarının yoxlanılması məqsədi ilə müvafiq laboratoriya müayinəsi aparılıb. Analizin nəticələrinə əsasən, bu dərmanların saxta, kustar üsulla hazırlandığı və keyfiyyətsiz olması müəyyən edilib.
Həmçinin Yevlax rayonunda da reyd keçirilib. Reyd nəticəsində Xəlilov Səməd Mikayıl oğluna məxsus Yevlax rayonu S.Ruhulla küçəsi, mənzil 37 ünvanında yerləşən baytarlıq dərman preparatları saxlanan anbarından və baytarlıq aptekindən 23 adda 500 kiloqrama yaxın vaxtı keçən, 8 adda 5 kiloqrama yaxın qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməyən, normativ texniki-sənədlərin tələblərinə cavab verməyən, mənşəyinə dair heç bir sənədi olmayan baytarlıq dərman preparatları aşkar edilərək qanunvericiliyə uyğun zərərsizləşdirilmək məqsədi ilə götürülüb. Həmin dərman maddələrindən də nümunələr götürülərək müayinə üçün müvafiq laboratoriya göndərilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, mənşəyi məlum olmayan, saxta, kustar üsulla hazırlanmış baytarlıq dərman preparatlarının satışının və istehsalının qarşısının alınması üçün reydlər bundan sonra da davam etdiriləcək. Bu kimi işlərlə məşğul olanlar barəsində daha ciddi inzibatı tədbirlər görüləcək.
Xəbəri paylaş
7428 dəfə oxunub.
Digər xəbərlər

1-07-2017, 16:41
Prezident İlham Əliyev "Hacı Cavad" məscidinin sökülməsini özbaşına həyata keçirən vəzifəli şəxsi cəzalandırıb
3-01-2017, 20:42
İsrail ordusunun belə əsgərləri var-FOTOLAR
27-12-2016, 20:47
TRT-1 Azərbaycanda yenidən açılır
9-05-2016, 14:15
Prezident Veteranlar Təşkilatına 500 min manat ayırdı - SƏRƏNCAM
30-03-2017, 16:37
"Gənclərin öpüşməsi ətrafdakıların ehtirasını oyadıb" - Elza Seyidcahan
8-07-2016, 14:01
NATO-dan Qarabağ çağırışı
4-08-2021, 11:29
Alimlər uzunömürlüyün 3 sirrini AÇIQLADI
13-07-2018, 14:20
Paşinyan etiraf etdi: Avropa İrəvandan imtina edir
1-05-2015, 13:54
50 min dollarlıq motosikletlər cərimə meydançasında - FOTO
12-04-2017, 15:55
Tərxun çayının faydaları