Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Saxta dollarla aldana bilərsiniz - XƏBƏRDARLIQ
Tarix: 10-01-2016 | Saat: 09:29
Bölmə:Karusel / Gündəm / Maraqlı / M2 | çapa göndər

Saxta dollarla aldana bilərsiniz - XƏBƏRDARLIQ

Hazırda ölkə üzrə yaşanan dollar ajiotajına görə “qara bazar” aktivləşib. Müşahidələr göstərir ki, milli valyuta kəskin ucuzlaşanda inzibati yolla saxta pullara qarşı mübarizə aparılması bəzən effektiv nəticə vermir.

Tələb təklifi üstələyir, “qara bazar” formalaşır, burda isə kifayət qədər saxta dollar dövriyyəyə buraxılır.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev Modern.az saytına deyib ki, bazarda tələb çox, təklif azdırsa, bu, bütün hallarda gərginlik yaradır.

“Dollara tələbin artmasından istifadə edənlər bazara saxta məhsul çıxarılmasına meylli olurlar. Hazırda dollara çox böyük tələbat var. Artıq “qara bazar” formalaşıb. İnsanlar istədikləri vaxt dollar tapa bilmir, əziyyət çəkirlər. Bu məqamda bazarda saxta dolların peyda olması ehtimalı çox yüksəkdir.

İqtisadçı valyuta mübadiləsi zamanı insanları son dərəcə diqqətli olmağa çağırır:

“Hazırda problemin qarşısının alınması imkanları da çox məhdud və yox səviyyəsindədir.

Proseslər “qara bazar”da baş verdiyindən ajiotaj içərisində olan insanlar o an mübadilə proseslərini rəsmiləşdirmədən, kassa qəbzləri olmadan valyutanın saxta olub-olmadığını yoxlamağa imkan tapmır.

Dəyişdirdiyi dolların saxta olduğunun fərqinə vardığı anda isə bunu kimdən, necə aldığını sübut etmək çətin olur. Hazırda valyuta bazarında baş verən proseslər ölkədə saxta dolların artması ehtimalını gücləndirir.

Dünya praktikası da göstərir ki, istənilən ölkənin böhran dövrlərində saxta valyuta satışı artıb. Proseslər qeyri-leqal getdiyinə, insanlar təsadüfi proseslərin içərisində olduğuna görə böyük əksəriyyət bu prosesdə uduzur


Xəbəri paylaş

6688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___