Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Arvadını çay içməyə görə öldürdü - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
Tarix: 09-01-2016 | Saat: 16:14
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Arvadını çay içməyə görə öldürdü - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
Səhər açılmamış həyat yoldaşından ona çay verməsini tələb edib.

Dünən Bərdə rayonunda törədilmiş qətlin səbəbi məlum olub.

Xeberaz.az-ın Lent.Az-a istinadən məlumatına görə, rayonun Tumaslı kəndində yaşayan35 yaşlı Zülfüqar Rəhimov həyat yoldaşı, 30 yaşlı Gülnaz Rəhimovanı onaçay vermədiyi üçün öldürüb. Belə ki, dünən səhər saat 6 radələrində yuxudan oyanan Z.Rəhimov həyat yoldaşı Gülnaz Rəhimovanı oyatmağa çalışıb və ona tez çay verməsini tələb edib.

Qadın isə səhərin hələ açılmadığını deyib və həyat yoldaşından bir az gözləməyi xahiş edib. Bu səbəbdən də Z.Rəhimov özündən çıxıb və tez bıçağı götürərək, yataqda yarıyuxulu vəziyyətdə olan həyat yoldaşına zərbələr endirib. Boynundan və döş qəfəsindən ağır xəsarətlər alan qadın xəstəxanaya çatdırılsa da, keçinib.

Məlumata görə, Z.Rəhimov işsizdir və hadisəni spirtli içkinin təsiri altında törətməyib. O, psixi xəstə kimi bir müddətdir, müalicə olunurmuş.

Ailənin 3 övladı qalıb.

Qeyd edək ki, qətl hadisəsi törədilərkən Z.Rəhimovun valideynləri evdə olub və onlar yaralı vəziyyətdə olan gəlinlərini xəstəxanaya çatdırıblar. Daha sonra isə valideynləri hadisədən sonra evdən qaçan övladlarını taparaqpolisə təslim veriblər.

Qeyd edək ki, oxşar hadisə 2 gün əvvəl Füzuli rayonunda da baş verib. Araq almaq üçün həyat yoldaşından pul istəyən Bala Bəhmənli kənd sakini, Gəncəvi Sadıqov daha sonra onu öldürüb.


Xəbəri paylaş

6918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___