Ramil Usubov iki polis rəisini işdən çıxardı - YENİLƏNİB
Tarix: 08-01-2016 | Saat: 12:20
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Camalov müdafiə sənayesi nazirinin qardaşı oğludur.
Bakıda iki Polis Bölməsinin rəisi işdən çıxarılıb.
Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin rəisi Natiq Camalov və Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Natiq Qasımov tutduqları vəzifədən azad ediliblər.
Onların yerinə hələlik təyinat yoxdur.
Nazirin digər əmri ilə N. Qasımov Nizami rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi təyin edilib.
N. Camalov isə hələlik sərəncamdadır.
11:10
Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Natiq Camalov işdən çıxarılaraq sərəncama götürülüb.
Onun yerinə hələ təyinat olmayıb.
9-cu Polis Bölməsinin rəisi vəzifəsi müvəqqəti olaraq rəis müavini, polis mayoru Amil Qurbanova tapşırılıb.
Qeyd edək ki, N.Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.
Xəbəri paylaş
1 1298 dəfə oxunub.
Digər xəbərlər

30-09-2016, 14:04
Gələn ayın HAVASI - Temperatur mənfi 3 dərəcəyə düşəcək
16-10-2018, 11:04
Mahir Mədətov danışdı: Məni niyə fitə basdıqlarını anlamıram
19-09-2015, 11:54
Azərbaycan bankları iflic durumda - BÖHRAN
1-11-2017, 19:55
Sumqayıtda 21 yaşlı qız intihar edib. Xərçəng imiş...
2-05-2016, 13:43
Qarabağa gələn 6 erməni yolda öldü
28-04-2016, 10:18
Qarabağın həll formulu: Ağdərə təmizlənir, sonra…
8-09-2022, 12:31
Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya olacaq? - Açıqlama
14-11-2015, 21:45
Dəhşət ana 8 övladını öldürdü
15-04-2017, 10:50
67 yaşlı qadın özünü asdı - LƏNKƏRANDA
30-03-2017, 16:07
Bakı polisindən öpüş xəbərdarlığı: "Avtomobil dayananda olar"