Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nardaran Ağsaqqallar Şurasının sədri dövlətə xəyanətdə ittiham olunur – YENİLƏNİB
Tarix: 07-01-2016 | Saat: 22:05
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Nardaran Ağsaqqallar Şurasının sədri dövlətə xəyanətdə ittiham olunur – YENİLƏNİB
Natiq Kərimov həbs edilib.

Səbail Rayon Məhkəməsində Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.

Xeberaz.az-ın məlumatına görə, “Report”un məhkəmədə olan əməkdaşı xəbər verir ki, onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçilib.

15:07

Azərbaycanın hüquq-mühafizə orqanları Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovu saxlayıblar.

Xeberaz.az "Report"-a istinadən xəbər verir ki, onun barəsində cinayət işi açılıb.

N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Renspublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur.

Hazırda N.Kərimovu Səbail Rayon Məhkəməsinə aparırlar.

O, məhkəmə qarşısına çıxarılacaq və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilən təqdimata baxılacaq.

Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə günahlandırılan şəxsləri əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.


Xəbəri paylaş

6088 dəfə oxunub.

Digər xəbərlər
13-02-2017, 14:41 Aleksis maraq dairəsində

bütün xəbərlər
____ Instagram ___