Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağdaşda tələbə öz qohumunu güllələdi
Tarix: 07-01-2016 | Saat: 21:28
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Ağdaşda tələbə öz qohumunu güllələdi

Faktla bağlı araşdırma aparılır.

Ağdaş rayonunda 22 yaşlı gənc qohumu tərəfindən güllələnib.

Xeberaz.az-ın APA-ya istinadən xəbərinə görə hadisə bu gün axşam saatlarında rayonun Hacılı kəndində qeydə alınıb.

Kənd sakini, Mingəçevir Turizm Kollecinin birinci kurs tələbəsi olan 1999-cu il təvəllüdlü Həsənov Emin Zəkəriyyə oğlu yaşadığı evin həyətində atasına məxsus ov tüfəngindən yaxın məsafədən atəş açaraq atasının əmisi nəvəsi olan 1993-cü il təvəllüdlü Həsənov Pünhan Sadiq oğlunu güllələyib.

Qarın nahiyəsindən ağır xəsarət alan Pünhan Həsənov çoxlu qan itirərək ölümcül vəziyyətə düşüb. Yaralı təcili olaraq Ağdaş Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Xəbəri paylaş

6198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___