Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qızıl Məryəm”in həyat yoldaşı Qarabağ qazisi olub - VİDEO
Tarix: 07-01-2016 | Saat: 15:09
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

“Qızıl Məryəm”in həyat yoldaşı Qarabağ qazisi olub - VİDEO
Qatillərin adları açıqlanıb.

Bakıda qızıl alverçisini qətlə yetirən şəxslərin adları açıqlanıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan daxil olan birgə məlumatda qeyd olunur ki, paytaxtın hüquq mühafizə orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nəsimi rayon ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstünün “isti izlər”lə açılması təmin edilib.

Belə ki, yanvarın 5-də saat 09 radələrində 1965-ci il təvəllüdlü Namet-zadən Məryam Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülmüş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Femida.az Məryəm Namədzadənin həyat yoldaşı ilə bağlı məlumat əldə edib. Belə ki, mərhumənin həyat yoldaşı Mehman Hüseynov Qarabağ qazisi olub. Qarabağ müharibəsi illərindən bəhs edən “Fəryad” filminin də qəhrəmanı məhz odur. Mehman Hüseynov Milli Ordumuzun Şıx batalyonun ilk könüllülərindən və batalyonda tağım komandiri olub.

1991-ci ilin dekabrında Kərkicahanda düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərmiş, sursatları bitmiş, əsgərlərimizin çoxu həlak olmuş, Mehman yaralı vəziyətdə əsir düşmüşdü.

Həmin illərdə 9 nəfər əsgəri ilə mühasirədə olduğu evdən 80 ermənini məhv edən, 2 ay əsirlik həyatından sonra xilas olub.

Onun Məryəm xanımla evliliyindən Günel Hüseynova adlı qızları dünyaya gəlib. Anasının qətlində adı hallanan qız məhz həmin qızdır. Qarabağda çətin döyüş yolu keçmiş Mehman Hüseynov isə 2015- ci ilin mayın 12- də qəfildən ürəktutmasından vəfat edib.
Mehman Hüseynovun əsirlikdən sonra çəkilmiş görüntülərini təqdim edirik.


Xəbəri paylaş

1 4288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___