Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycandan Rusiyaya yarım milyon dollar aparan tutuldu
Tarix: 06-01-2016 | Saat: 18:13
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Azərbaycandan Rusiyaya yarım milyon dollar aparan tutuldu
Əliyev soyadlı şəxsin işi məhkəməyə göndərilib.
Dağıstan prokurorluğu Azərbaycandan yarım milyon dollara yaxın pul çıxarmaq istəyən şəxs barədə məlumat yayıb. Xeberaz.az-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, K.Əliyev adlı şəxs 2015-ci ilin sentyabr ayında Azərbaycandan Rusiyaya qeyri-leqal yolla yük maşınının kuzovunda 424 min ABŞ dolları keçirməyə cəhd edib.

Mətbuatda yer alan məlumata görə, o rusiyalı sərhədçilər tərəfindən saxlanıb.

O, maşının kuzovunda külli miqdarda dollarla yanaşı, 4,5 milyon rubl (təqribən 96 min manat) da gizlədib.

Azərbaycandan Rusiyaya yarım milyon dollar aparan tutuldu
K.Əliyevin maşınından çıxan pullar

K.Əliyev Dağıstanla Azərbaycan sərhədindəki Tahirkənd-Qazmalar sərhəd-keçid məntəqəsində saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

Yeni il ərəfəsində isə ona qarşı irəli sürülən ittiham təsdiqlənib.

Saxlanılan şəxs Dağıstan sakinidir. Onun cinayət işi Məhərrəmkənd rayon məhkəməsinə göndərilib.


Xəbəri paylaş

7378 dəfə oxunub.

Digər xəbərlər
25-12-2016, 20:18 İlyas Tapdıq vəfat edib

bütün xəbərlər
____ Instagram ___