Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda müflisləşmiş bankla bağlı yeni xəbər
Tarix: 06-01-2016 | Saat: 12:50
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Azərbaycanda müflisləşmiş bankla bağlı yeni xəbər
Azərbaycanda müflis elan edilməklə iflas proseduruna başlanılmış “Evrobank” ASC-yə qarşı tələbləri qəbul olunmuş kreditorların siyahısının təsdiq edilməsi məsələlərinə baxılması üçün məhkəmə dinləmələri yanvarın 14-nə təyin edilib.
“APA-Economics”in məlumatına görə, bununla əlaqədar yanvarın 14-də saat 15:30-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin inzibati binasında hakim Elçin Məmmədovun sədrliyi ilə məhkəmə dinləmələrinə baxılacaq.
Bildirilir ki, “Banklar haqqında” qanunun 77.7-ci maddəsinin tələbinə əsasən kreditor qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edildiyi dinləməyə üzrlü səbəb olmadan gəlmədikdə onun tələbləri rədd edilir.
Kreditorlar əlavə məlumat almaq üçün ləğvedicinin vəkalətli nümayəndəsi Elçin Mustafayevə müraciət edə bilər.
Xatırladaq ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli qərarı ilə “Evrobank” müflis elan edilməklə iflas proseduruna başlanılıb. “Evrobank”ın ləğvedicisi “Azerbaijan İnternational Consulting Company” MMC təyin edilib.


Xəbəri paylaş

5478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___