Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“32 yaşlı arvadını öldürdü - “Mənə soyuqdur” sözünə görə
Tarix: 06-01-2016 | Saat: 00:14
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

“32 yaşlı arvadını öldürdü -  “Mənə soyuqdur” sözünə görə
Füzulidə qətl hadisəsi baş verib.

Xeberaz.az xəbər verir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, axşam saatlarında, rayonun Balabəhmənli kənd sakini 1978-ci il təvəllüdlü Sadıqov Gəncəvi Zöhrab oğlu həyat yoldaşı, 1984-cü il təvəllüdlü Əsədova Vüsalə Hidayət qızının boğazını bıçaqla kəsib.

32 yaşlı Vüsalə Əsədovanın həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, hadisəyə səbəb ailə-məişət mübahisəsi olub. Belə ki, Vüsalə Əsədova evin istilik sistemindən şikayətlənərək, ona soyuq olduğunu bildirib. Bu şikayət isə Gəncəvi Sadıqovun xoşuna gəlməyib və birincinin ölümü ilə nəticələnib.

Qeyd edək ki, ailənin 6-cı sinifdə təhsil alan oğlu var. O, baş verən qətldən ciddi psixoloji sarsıntı keçirib. Belə ki, uşaq ətrafdakı insanlarla söhbətində "anamın qanını atamda qoymayacağam", -deyib.

Məsələ ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Xəbəri paylaş

9738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___