Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sürücülərə şad xəbər: Cərimə olmayacaq
Tarix: 05-01-2016 | Saat: 18:52
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Sürücülərə şad xəbər: Cərimə olmayacaq

“Yol hərəkəti haqqında” qanunun tələbinə əsasən nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutusu, yanğınsöndürən balon və qəza-duracaq nişanı olmalıdır.

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyib. O bildirib ki, dərman qutusu avtomobildə olmasa, sürücü məsuliyyətə cəlb olunur:

“Əgər həmin qutu avtomobildə olmasa, cərimə yazıla bilər. Digər vasitələrlə bağlı isə protokol tərtib edilməsi nəzərdə tutulmayıb. Lakin vətəndaşlar cərimə yazılmasından çox, həmin vasitələrin avtomobildə olmasının vacibliyini başa düşməlidir. Sürücülər müəyyən məbləğdə cərimə ödəməkdənsə, həmin vasitələrdən istifadə etməyi bacarmalıdırlar. Bütün bunlar “Yol hərəkəti haqqında” qanun və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Necə ki, hava şəraitindən asılı olmayaraq sürücü avtomobilin işıqlarını və nömrə nişanlarını təmizləməlidir, elə də bütün bunlar avtomobillərdə olmalıdır. Yanğınsöndürən balonla bağlı bəziləri deyir, sprey olmalıdır, bəziləri deyir, toz formasında olmalıdır. Yanğını nə söndürə bilər - bunu da mütəxəssislər bilir. Hansı vasitə ilə yanğını söndürmək mümkündür, ondan olmalıdır”.

V.Əsədov qeyd edib ki, yol polisinin məqsədi cərimə yazmaq deyil.

“Biz istəyirik ki, bu qanunlara əməl olunsun. Yol polisi gündəlik reydlər zamanı bu məsələyə diqqət edir. Əgər kimsə boş qutu alıb qoyursa və yaxud dərmanların vaxtı bitibsə, bu zaman sürücü özünü aldadır. Bundan əlavə, sürücülər həmin vasitələrdən istifadə qaydalarını da bilməlidirlər. Bu qaydaları bilən kifayət qədər sürücü var. Bunu inzibati xəta kimi qələmə vermək lazım deyil. Bu qaydaları hər kəs bilməlidir və buna əməl etməlidir. Ajiotaj formasında yazırlar ki, yol polisi sürücüləri cərimələməyə başlayacaq. Onsuz da hər bir yol polisi xidmət göstərdiyi ərazilərdə bu məsələyə diqqət edir. Biz bilirik ki, əksər maşınlarda bu vasitələr yoxdur. Bunun olmasını, həmin vasitələrdən istifadə olunmasına üstünlük verilməsini təbliğ etmək istəyirik”, - o vurğulayıb.

V.Əsədov bildirib ki, əgər həmin dərman qutusu avtomobildə olmasa, cərimə yazıla bilər:

“Cərimənin məbləği 5 manatdır. Ötən il ərzində təbliğat xarakterli reydlər keçirmişik və 30-a yaxın protokol yazmışıq. Bəzən jurnalistlər elə formada yazırlar ki, elə bil, kimsə dərman qutusu, yanğın söndürən balon satmaq istəyir. Lakin bu düzgün yanaşma deyil. Biz demirik ki, sürücü həkim olsun. Lakin bu qaydalara əməl edilməlidir. Düzgün göstərilən ilk tibbi yardım xəstənin tez sağalmasına xidmət edir”.


Xəbəri paylaş

1 0158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___