Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“WhatsApp”la soyula bilərik
Tarix: 05-01-2016 | Saat: 13:16
Bölmə:Karusel / Hadisə / M2 / Texnologiya | çapa göndər

“WhatsApp”la soyula bilərik
Mesajlaşma proqramı kredit kartı saxtakarlarının hədəfinə çevrilib.
Ani mesajlaşma sistemi olan “WhatsApp” sizi qarət edə bilər. Belə ki, telefonunuza “WhatsApp” ınızı yeniləyin deyə saxta mesajlar göndərən işbazlar peyda olub.

Xeberaz.az-in məlumatına görə, bu cür mesajlar alan şəxslərin bir qədər diqqətli olmasında fayda var. Çünki, “WhatsApp” yenidən kredit kartı saxtakarlarının hədəfinə çevrilib.

Telefonunuza gələn bu cür mesajların arxasında əslində çox yaxşı təşkil edilən saxtakarlıq planları durmaqdadır. Mesajın göndərlidiyi ünvan "Whatsapp.com" şəklində görünsə də toxunduğunuzda başqa bir bağlantı açılır ki, bu da saxtakarların əsl veb səfəsini HTML kodunda gizlətməsindən irəli gəlir.

Qoşulduğunuz yeni bağlantıda kredit kartı məlumatlarınızı göstərməklə üzvlüyünüzü yeniləyə biləcəyiniz bir səhifə açılır. Lakin məlumatlarınızı aldanaraq daxil etdiyiniz halda üzvlük yenilənmir və sizin kart bilgiləriniz saxtakarların əlinə keçir.

“WhatsApp”la soyula bilərik
Saxta mesaj.

Bu tipli mesajlar hazırda ingilis dilində göndərilir. Ancaq hansı dildə paylaşılmasından aslı olmayaraq bu cür mesajları açmadan anında silməyiniz lazımdır.

Unutmayın ki, “WhatsApp”ın sizə bu cür mesajlar göndərməyinə ehtiyac yoxdur. Üzvlük hesabınızı parametrlər bölümündən yeniləyə və ya uzada bilərsiniz.

Son zamanlar “WhatsApp” bir sıra problemlərlə gündəmə gəlir. Bu cür problemlərdən bir də “WhatsApp”ın “smayl”lar vasitəsi ilə çökdürməyin mümkünlüyüdür.

Belə ki, populyar mesajlaşma proqramının hər hansı bir istifadəçisi başqa bir istifadəçinin "WhatsApp"nı çökdürə bilməsi üçün bir istifadəçi digərinə 4 min "smayl"dan ibarət ismarış atmalıdır.


Xəbəri paylaş

7148 dəfə oxunub.

Digər xəbərlər
6-04-2016, 13:18 Masallıda ZƏLZƏLƏ

bütün xəbərlər
____ Instagram ___