Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gürcüstanda siqaretlərin qiyməti kəskin bahalaşdı
Tarix: 05-01-2016 | Saat: 12:48
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Gürcüstanda siqaretlərin qiyməti kəskin bahalaşdı
“Omeqa” vəziyyəti şərh etmir.

Gürcüstanda ilin əvvəlindən “Philip Morris” firmasının istehsalı olan siqaretlərin qiyməti 2-3 dəfə bahalaşıb, Xeberaz.az Sputnik-ə istinadən xəbər verir.

“Parlament” siqaretinin qiyməti 2 dollardan 4,2 dollara, “Marlboro” 1,3 dollardan 3,3 dollara, “Checterfild” 0,9 dollardan 2 dollara, “LM” təxminən bir dollardan 1,7 dollaradək bahalaşıb.

Tbilisidə həmin firmanın istehsalı olan siqaretlərin qıtlığı yaranıb. Onları əldə etmək demək olar ki, mümkün deyil. “Omeqa” şirkəti yaranan vəziyyəti şərh etmir.

Gürcüstanın Maliyyə Nazirliyi bildirib ki, siqaretlərin bəzi növlərinin qiymətinin qalxması aksiz dərəcəsinin dəyişməsi ilə əlaqədar deyil.

Gürcüstan parlamenti Vergi məcəlləsində dekabrın 11-də dəyişikliklər edib. Həmin dəyişikliklərə əsasən, 2016-cı il yanvarın 1-dən filtrli siqaretlər üçün yeni aksiz dərəcələri müəyyən edilib. Həmin dərəcəyə uyğun olaraq, ölkədə filtrli siqaretlərin qiyməti 0,20 lari qalxıb – 1,10 laridən ibarət olub, filtirsiz siqaretlər isə 0,005 lari bahalaşaraq, qiyməti 0,30 laridən ibarət olub. Cari məzənnə 1 dollar – 2,4 laridir.

Verginin artmasının məqsədi tütünə nəzarətin sərtləşdirilməsi, Avropa İttifaqının qanunvericiliyinə yaxınlaşma və spirtli içkilərə aksiz dərəcələrinin optimallaşdırılmasıdır.


Xəbəri paylaş

9928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___