Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakının mərkəzində qan töküldü - YENİLƏNİB
Tarix: 04-01-2016 | Saat: 19:07
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakının mərkəzində qan töküldü - YENİLƏNİB
Gecə klubunda törədilən qətlin üstü açılıb.

Polis və prokurorluq orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Səbail rayonunda törədilən qətlin üstü isti izlərlə açılıb.

Xəbəraz.az xəbər verir ki, Bakı şəhər Baş Polis Polis İdarəsi və şəhər prokurorluğundan APA-ya daxil olan birgə məlumatda qeyd edilir ki, bu gün saat 06:00 radələrində Bakı şəhəri Səbail rayonu Bülbül prospektində yerləşən “Kofein-klub”da bıçaqlanan 25-30 yaşlı kişi kəsici-deşici xəsarətlə xəstəxanaya aparılarkən yolda vəfat edib.

Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətlə yetirilən şəxsin 1989-cu il təvəllüdlü Tural Abbasov olması müəyyən edilib. İsti izlərlə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Sadiq Fətullayev saxlanılıb.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

11:41

Bakı şəhərinin mərkəzində qətl törədilib.

Oxu.Az xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında “Sahil” metrosunun çıxışında qeydə alınıb.

25-30 yaşlarında kişi naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə Səbail rayon Prokurorluğunun müstəntiqləri və polis əməkdaşları cəlb edilib.

Hazırda qətlə yetirilən şəxsin və hadisəni törədənlərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.


Xəbəri paylaş

7018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___