Sosial şəbəkələrin populyarlığı sayt yaradılmasında fəallığı azaldır
Tarix: 04-01-2016 | Saat: 10:11
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycanda sosial şəbəkələrin populyarlığı şəxsi internet-resursların yaradılması işində biznesin fəallığını azaldır. Bunu Trend-ə İnformasiya Problemləri üzrə Araşdırma Mərkəzinin rəhbəri Yaşar Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda ICANN-ın (Domen adlarının və IP ünvanların idarə edilməsi üzrə korporasiya) tələblərinə uyğun formalaşdırılmış və Rabitə və Yüksək Texnologiylar Nazirliyi, eləcə də vətəndaş cəmiyyəti ilə razılaşdırılmış domen adlarının qeydiyyata alınmasının ideal balanslaşdırılmış platforması və normativ bazası yaradılıb.
Y.Hacıyev qeyd edib: "Hazırda əsas vəzifə ondan ibarətdir ki, cəmiyyətimiz sosial şəbəkələrin tərkib hissəsi olan deyil, şəxsi internet-resursların yaradılmasında böyük fəallıq göstərsin. Heç kəsə sirr deyil ki, "Feysbuk" və bənzər sosial şəbəkələr monitorinq alətləridir. Bununla da münaqişə vəziyyəti yarananda sosial şəbəkə ilə yaradılmış resurs əlçatan olmaya bilər".
O, əlavə edib ki, .az domen zonasında saytın qeydiyyatı 20 manatdır və onun illik texniki dəstəyi də 20 manat təşkil edir: "Bu, istifadəçilərin geniş dairəsi üçün olduqca əlçatandır".
Hazırda .az milli domen zonasında 24,5 mindən çox internet-resurs qeydiyyata alınıb.
Xəbəri paylaş
6698 dəfə oxunub.
Digər xəbərlər

19-03-2016, 10:00
Astroloji proqnoz - 19 mart
23-06-2021, 16:34
"Qaçqınkom" vergi borcu olan şirkətlə müvaqilə imzaladı - Şübhəli tender
22-03-2017, 00:09
Cennifer Lopez dekolteli və yarıqlı libasda - Fotolar
22-03-2015, 19:17
Partnyorunuzu ehtiraslandırmağın 7 üsulu
24-04-2016, 13:39
Qarabağ danışıqlarını bərpa etmək çətindir – Nalbəndyan
11-06-2017, 11:00
“Azərsu” kütləvi zəhərlənmə ilə bağlı açıqlama yaydı
16-04-2017, 19:32
Cocuq Mərcanlıda gün ərzində 918 qəlpə aşkarlandı - FOTO
14-10-2018, 13:34
Müğənnilərimizin Yıldız Tilbe konsertindəki rəzaləti: Böyük adamsınız?