Gürcüstanda azərbaycanlı gənc öldürüldü-Vəhəbilər haqqda danışdığı üçün
Tarix: 02-01-2016 | Saat: 14:21
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
O telekanala müsahibəsində kənddə vəhhabilərin çoxaldığını bildirib.
Gürcüstan paytaxtının yaxınlığında yerləşən, azərbaycanlıların kompakt yaşadığı Soğanlıq kəndində qətl hadisəsi baş verib. Soğanlıq (Poniçala) kənd sakini, 1992-ci il təvəllüdlü Fikrət Əhmədov bıçaqlanaraq öldürülüb.
Xəbəraz.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin müftisi Ayvaz Mərdanovun APA-nın Gürcüstan bürosuna verdiyi məlumata görə, hadisəyə səbəb öldürülən gəncin Gürcüstan televiziyasına müsahibə verməsi olub.
Onun sözlərinə görə, Fikrət Əhmədov “İmedi” kanalına müsahibəsində son bir neçə ildə kənddə vəhhabilərin çoxaldığını bildirib:
“Bundan xəbər tutan həmin kəndin sakini Ramin İsayev Fikrətlə görüşmək istədiyini bildirib. Onlar kənd orta məktəbinin yanında görüşüblər və aralarında mübahisə baş verib. Nəticədə Ramin İsayev Fikrət Əhmədovu bıçaqlayıb. Onlar yaxın dost olublar. Ramin əvvəllər şiə məzhəbinə qulluq edib, sonra vəhhabi radikal qrupuna qoşulub və onları təbliğ edib”.
A.Mərdanov deyib ki, Soğanlıq kəndinin sakinləri vəhhabiliyin kənddə təbliğinə qarşı dəfələrlə etiraz aksiyaları keçiriblər:
“Vəhhabilər kənddə məscid tikməyə çalışıblar və kənd sakinləri buna etiraz olaraq məhkəməyə müraciət ediblər. Nəticədə məhkəmənin qərarı ilə tikinti dayandırılıb və vəhhabilər yarımçıq qalan tikilinin zirzəmisində fəaliyyətlərini davam etdiriblər”.
Məscidin tikintisi ilə bağlı Gürcüstanın “İmedi” kanalı şiə məzhəbindən olan dindarlar və vəhhabilərdən müsahibə alıb. Müsahibə efirə veriləndən sonra narazılıqlar yaranıb.
R. İsayev hadisəni törədəndən sonra qaçıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
F. Əhmədov bu gün torpağa tapşırılacaq.
Xəbəri paylaş
7808 dəfə oxunub.
Digər xəbərlər

1-05-2022, 10:31
Bütün damarları tərtəmiz edən içki - Qurdları da tökür
23-01-2017, 16:27
“Tarix mənim bəraətimi verəcək” - Son sözlər deyildi
2-09-2019, 17:06
Qızını namus üstündə qətlə yetirən şəxs apelyasiya şikayəti verib
8-10-2016, 14:41
İkinci dəfə evlənən Azər : "Vüsaləyə xəyanət etməmişəm"
1-11-2017, 09:49
Türkiyə mətbuatı “Qarabağ”dan yazdı-FOTO
25-11-2022, 10:45
Vatsapda 2 yeni funskiya
14-03-2017, 17:30
Manatın sabaha MƏZƏNNƏSİ
21-07-2016, 12:30
Cahangir Hacıyevin cinayət işi ilə bağlı bu şəxs də məhkəməyə çıxarılır