Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Paytaxtda ilin ilk uşağı qız oldu FOTO
Tarix: 01-01-2016 | Saat: 14:12
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Paytaxtda ilin ilk uşağı qız oldu FOTO

Ana övladını təbii yolla dünyaya gətirib.
Bakıda 2016-cı ilin ilk uşağı paytaxtın Nizami rayonu 7 saylı doğum evində dünyaya gəlib. 1988-ci il təvəllüdlü Səidə Qəmbərovanın dünyaya gətirdiyi qız uşağı ailənin ikinci övladıdır.

Gecə saat 01-15-də dünyaya gələn körpənin çəkisi 3.5 kq, boyu 53 sm-dir. Övladını təbii yolla dünyaya gətirən ananın vəziyyəti normaldır. Valideynləri övladlarına hələ ad fikirləşməyiblər.

Bakıda 2016-cı ilin ikinci uşağı paytaxtın Suraxanı rayonu 3 N-li doğum evində dünyaya gəlib. 25 yaşlı Gülmin Cəfərovanın dünyaya gətirdiyi oğlan uşağı ailənin 3-cü övladıdır. Cəfərovlar ailəsinin 2 qızı var.

Körpə bu gecə saat 02-50-də dünyaya gəlib. Onun çəkisi 4.1 kq , boyu 54 sm-dir.Ana uşağı təbii yolla dünyaya gətirib.

Bu ilin üçüncü uşağı da oğlan olub. Saat 03-00-da 7 saylı doğum evində dünyaya gəlib. 1993-cü il təvəllüdlü Səbinə İsmayılovanın dünyaya gətirdiyi oğlanın çəkisi 3.4 kq, boyu 52 sm-dir. Ana övladını qeysəriyyə yolu ilə dünyaya gətirib.


Bu doğum evində dünyaya gələn bu ilin ikinci uşağı isə qızdır. 30 yaşlı Zülfiyyə Quliyevanın dünyaya gətirdiyi qız ailənin ilk övladıdır. Səhər saat 07-20-də dünyaya gələn uşağın çəkisi 2.4 kq, boyu 49 sm-dir. Zülfiyyə Quliyeva da ilk övladını təbii yolla dünyaya gətirib.

Xəstəxanadan verilən məlumata görə, hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.


Xəbəri paylaş

8008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___