Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şirvan sakini arvadına 9 bıçaq zərbəsi vurdu
Tarix: 01-01-2016 | Saat: 14:07
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Şirvan sakini arvadına 9 bıçaq zərbəsi vurdu
Hadisə ailə münaqişəsi zəminində baş verib.

Şirvanda bıçaqlanma hadisəsi baş verib.

Xeberaz.az xəbər verir ki, Şirvan polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə saat 17.00 radələrində Şirvan şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Hüseynova Xanpəri Xanoğlan qızı həyat yoldaşı, Salyan rayon sakini, 1981-ci il təvəllüdlü Əsədov Aslan Yaşılxan oğlu tərəfindən bıçaqlanıb.

9 bıçaq zərbəsi alan 21 yaşılı qadın ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

Qadın döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə cərrahiyyə əməliyyatına götürülüb.

A. Əsədov hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Hazırda məhkəmədə onların boşanma məsələsinə baxılır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Xəbəri paylaş

1 0018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___