Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Velosipedlər dünyasında “Made in Azerbaijan”
Tarix: 12-03-2015 | Saat: 19:27
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Velosipedlər dünyasında “Made in Azerbaijan”
Bu ilin yayından etibarən.

İsmayıllı rayonunda Bolqarıstanla birgə tikilməkdə olan velosiped zavodu bu ilin avqustunda istifadəyə veriləcək.

Xeberaz.az istinadən xəbər verir ki.Oxu.Az xəbər verir ki, bu barədə İsmayıllı rayonunun icra başçısı Mirdaməd Sadıqov bir qrup gənclərlə görüşdə bildirib.

Onun sözlərinə görə, zavodun səhmlərinin 51%-i Azərbaycanın, 49%-i isə Bolqarıstanın payına düşəcək.

İsmayıllıda həyata keçirilən digər yeni layihələr barədə danışan Mirdaməd Sadıqov bildirib ki, rayonda min tonluq hind toyuğu kolbasası zavodunun da tikilməsi planlaşdırılır.

“Zavod işə düşəndən sonra Azərbaycan hind toyuğu kolbasası ilə özünü təmin edə biləcək”, - deyə icra başçısı deyib.

Qeyd edək ki, Azərbaycanda ilk velosiped zavodu İsmayıllı rayonunun Diyallı bələdiyyəsinin ərazisində ayrılmış 8 hektar sahədə tikilir. Zavodda 300 nəfər işçi çalışacaq. Zavod istifadəyə verildikdən sonra il ərzində 30 min idman, uşaq və şəhər tipli velosiped istehsal etmək mümkün olacaq.


Xəbəri paylaş

7698 dəfə oxunub.

Digər xəbərlər
8-07-2015, 15:09 “EHTİRAS İÇKİSİ”

bütün xəbərlər
____ Instagram ___