Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ANS bağlana bilər - FOTO
Tarix: 29-12-2015 | Saat: 23:17
Bölmə:Karusel / M2 / Foto-fakt / Aktual | çapa göndər

ANS bağlana bilər - FOTO
"Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişikliklər qəbul edildi

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik qısa müzakirələrdən sonra qəbul olunub.
Millət vəkili Qüdrət Həsənquliyev MTRŞ ilə ANS arasında yaranan problemə toxunub və bundan narahatlığını ifadə edib:
"Bu qanun layihəsi MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin ANS-i bağlamasına səbəb ola bilər. Hesab edirəm ki, Azərbaycanın ilk müstəqil və özəl telekanalı olan ANS-ə qarşı bir qədər ögeylik nümayiş etdirilir. Düşünürəm ki, bu dəyişikliyin edilməsi tezdir və sui-istifadə hallarına yol açacaq".
Fazil Mustafa da Q.Həsənquliyevin mövqeyini dəstəkliyib. O, dəyişikliyin konstitusiya pozuntusu olduğunu söyləyib.
ANS bağlana bilər - FOTO


Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov qanuna edilən dəyişikliyə səs verəcəyini deyib. O qeyd edib ki, “Televiziya və radio yayımı haqqında” qanuna əsasən MTRŞ hər hansı televiziyanı bağlaya bilər.

Təflik edilən dəyişiklik

Azərbaycanda bundan sonra “Televiziya və radio yayımı haqqında” qanunla nəzərdə tutulan hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə də kütləvi informasiya vasitəsinin istehsalı və yayımına xitam verilə bilər.

Layihəyə əsasən, kütləvi informasiya vasitəsinin istehsalı və yayımına xitam verilən halların sayı yalnız təsisçinin, məhkəmənin və ya “Televiziya və radio yayımı haqqında” qanunda nəzərdə tutulan hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər.


Xəbəri paylaş

7758 dəfə oxunub.

Digər xəbərlər
21-02-2018, 13:05 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___