Bütün “exhange”lər bağlanır - Dollar yalnız banklarda satılacaq
Tarix: 29-12-2015 | Saat: 14:36
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər
Azərbaycandakı bütün valyutadəyişmə məntəqələri bağlanacaq.
Xeberaz.az xəbər verir ki, bu barədə virtualaz.org saytına hökumətə yaxın mənbələrdən məlumat verilib.
İnformasiyaya görə, bununla bağlı müvafiq qərar ən yaxın zamanlarda qəbul edilə bilər.
Məlumatı verən mənbə valyutadəyişmə məntəqələrinin bağlanması zərurətini onunla izah edib ki, bu məntəqələrin işçiləri birbaşa banklar tərəfindən müəyyən edilmiş vəzifələrini yerinə yetirmək əvəzinə nəinki təkcə Mərkəzi Bankın, bütövlükdə dövlətin siyasətinə ziyan vuran fəaliyyətlə məşğul olurlar.
Belə ki, məhz valyuta mübadiləsi şöbələri əməkdaşlarının "fəaliyyəti” sayəsində möhtəkirlik halları artır, əhali arasında qeyri-sağlam ajiotaj yaranır.
Məlumata görə, əhali bundan sonra pulunu "exhance”lərdə yox, bankların özündə və bank filiallarında dəyişə bilər. Bu isə Mərkəzi Banka öz pul siyasətini daha dəqiq yürütməyə və məzənnə ilə bağlı bütün prosesləri nəzarətdə saxlamağa imkan verəcək. Bu qərar həmçinin hələ 90-cı illərdən formalaşan "qara bazar”ın təsirini də heçə endirəcək.
Xəbəri paylaş
6268 dəfə oxunub.
Digər xəbərlər

25-06-2015, 19:49
Sabirabadda üçəm dünyaya gəldi
16-12-2016, 13:48
Almaniyada terror planlaşdıran 12 yaşlı uşaq saxlanılıb
19-12-2018, 17:51
Televiziya aparıcıları hansı səhvləri edir?
5-08-2019, 13:49
Bakıda güclü külək yaşayış binasının damını uçurdu - FOTOLAR
25-11-2021, 11:14
Başgicəllənməsindən əziyyət çəkirsinizsə, mütləq oxuyun!
17-04-2017, 14:05
Azərbaycanda nazir müavini işləmiş qadın intihar etdi
7-08-2022, 11:48
Kişilər bu bürclərin qadınlarından qorxurlar - Təhlükəli dördlük
2-07-2019, 05:20
Qadınlar nə istəyir? - SUALIN CAVABI TAPILDI
24-05-2022, 12:25
“Bəs sən niyə boşanmısan, oturub içərdin də kişinin ayaq suyunu?!” - Aparıcıya sərt reaksiya