“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçir
Tarix: 28-12-2015 | Saat: 16:52
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
SOCAR məlumat yaydı.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə dekabrın 31-dən yanvarın 5-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
“Sutkada 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli Qaynar xətlərin fəaliyyəti gücləndiriləcək, eləcə də Birliyin müvafiq şöbələrində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində və Regional Qaz İstismar İdarələrində, həmçinin xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq”, - deyə SOCAR - dan qeyd edilib.
Qurum həmçinin istehlakçılardan qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb:
“Bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçirilir.
“Azəriqaz” istehlakçılardan bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir".
Xəbəri paylaş
6468 dəfə oxunub.
Digər xəbərlər

3-09-2015, 00:32
19 yaşlı qız toy ərəfəsində polis serjantı ilə qoşulub qaçıb+Video
28-11-2016, 00:23
Bakıda yanğın baş verib
22-02-2020, 09:55
"DTX-nin Neftçalada keçirdiyi əməliyyatdan hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır..."
30-05-2018, 10:02
Millimiz Qurban Qurbanovla ilk qələbəsini qazandı
26-08-2017, 10:37
Azərbaycan güləşçisi üçqat dünya çempionu oldu
14-09-2018, 21:11
Qalın və qüsursuz saçlara bu üsulla sahib olun
9-03-2017, 12:30
Sabahın havası - 15 dərəcə isti olacaq
15-08-2017, 11:47
Safurə oğlunun yeni fotolarını paylaşdı
26-03-2022, 11:23
“Sürücüyə verməyə pulum yoxdur, özüm də maşın sürə bilmirəm...” - Putinə yaxin oliqarxin Londonda indiki güzərani
16-08-2023, 11:43
Bloqer Aysel: “Hansı ağıldasınız ki, o an Nicata kömək etmək əvəzinə video çəkmisiniz” - FOTO