Qurani Kərim gürcü dilinə tərcümə olundu
Tarix: 27-12-2015 | Saat: 14:13
Bölmə:Karusel / M2 / İbadət | çapa göndər
Tbilisidə Qurani-Kərimin Azərbaycan və gürcü dilində tərcümələrinin təqdimatı oldu
Vəhdət həftəsinə təsadüf edən bu gün, Tbilisidə yerləşən “Ambasadori” mehmanxanasının iclas zalında Gürcüstan Müsəlmanları İdarəsinin təşəbbüsü və dəstəyi ilə azərbaycanca ilk dəfə və gürcücə isə növbəti dəfə çap olunan Qurani-Kərimin tərcümələrinin təqdimat mərasimi oldu.
Xeberaz.az-in məlumatına görə, yenicə işıq üzü görmüş müqəddəs kitabda həm ərəbcə orjinal mətn və həm də tərcüməsi yer alıb. 3000 tirajda 1212 səhifədən ibarət olan Allah Kəlamının Gürcüstanda olan dini məkanlara, təhsil ocaqlarına, kitabxanalara, təşkilatlara, həbsxanalara və inanclı müsəlman əhaliyə verilməsi nəzərdə tutulur.
Təqdimat mərasimində müsəlman din xadimləri və digər dini icmalarla yanaşı dövlət, səfirlik nümayəndələri, ictimaiyyət xadimləri iştirak etdi. Mərasimdə çıxış edən BGMİnin şeyxi, müftiləri və digər siyasət və elm adamları Qurani-Kərimin azərbaycanlı müsəlmanlar üçün tərcüməsini yüksək qiymətləndirərək İlahi kitabın insanları sülhə, səmimiyyətə, barışa, birliyə, xeyrxahlığa, sevgiyə, mərhəmətə, doğruluğa və dürüstlüyə səslədiyindən söhbətlər etdilər. Ölkə müsəlman və məsihilərini müqəddəs şəxsiyyətlərin Mövlud bayramları münasibəti ilə təbrik etdilər.
Sonda qonaqlara Azərbaycan və Gürcü dillərində Qurani-Kərimin tərcümələri təqdim olundu.
Xəbəri paylaş
7108 dəfə oxunub.
Digər xəbərlər

3-02-2018, 10:51
Nömrə axtarışı üçün istifadə olunan proqramlar təhlükəlidir!
29-05-2019, 13:50
Bakıda şimşək çaxacaq, rayonlarda leysan olacaq
1-11-2017, 17:31
Azərbaycanda məktəbdə RƏZALƏT: Direktor 12 yaşlı qızı...
15-04-2017, 16:26
Hakimi öpdü, qulağını dişlədi - ömürlük cəzalandı -VİDEO
24-04-2016, 21:05
İranda ermənilərin aksiyasına icazə verilmədi
10-06-2017, 13:10
İlham Əliyev: "Azərbaycan-Rusiya dövlətlərarası münasibətləri hərtərəfli inkişaf edir və yeni məzmunla zənginləşir"
3-05-2023, 13:36
"Trendyol"dan sifariş edənlərə ŞAD XƏBƏR
13-11-2016, 13:29
İŞİD İraqda bu üsula da əl atdı - Foto