İŞİD halal toyuqları da yandırdı
Tarix: 04-04-2015 | Saat: 18:47
Bölmə:Karusel / Dünya / M2 / Foto-fakt | çapa göndər
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Hələb şəhərində yüzlərlə qutu toyuq ətini zibilxanaya apararaq yandırıb.
İllərdən bəri qanlı vətəndaş müharibəsinin girdabında qovrulan Suriyada 650 min insan aclıq çəkdiyi üçün beynəlxalq təşkilatlar bu ölkəyə humanitar yardımlar yollayırlar.
Həmin yardımlar arasında toyuq əti də var.
Al Jazeera bildirir ki, İŞİD mənsubları isə həmin toyuq ətinin ABŞ-da istehsal olunduğu və qutuların üzərində "halal" yazılsa da, "əslində həmin ətlərin haram" olduğunu bəyan edərək əti yandırıb.
Bu qərarı İŞİD-in "Şəriət polisi" sayılan "Əl Həsbah" dəstəsi qəbul edib.
İŞİD ələ keçirdiyi ərazilərdə yaşayan suriyalılar ABŞ-da istehsal olunmuş ərzaq məhsullarından istifadəni qəti qadağan edib.
ABŞ isə bildirib ki, Suriyaya beynəlxalq humanitar yardım çərçivəsində göndərilən toyuq əti İllinoys ştatındakı fermalarda islam qaydalarına uyğun olaraq hazırlanıb, ABŞ-ın Ərzaq Məhsullarına Nəzarət Agentliyi tərəfindən yoxlanılıb və "halal" kateqoriyasına aiddir.
Xəbəri paylaş
6838 dəfə oxunub.
Digər xəbərlər

16-07-2016, 12:12
ƏMƏKDAR ARTİSTİNİN GİZLİ SAXLADIĞI TƏLƏBƏSİ ÜZƏ ÇIXDI – FOTOLAR
28-07-2016, 13:35
Soyunan aparıcı AzTV-dən ayrıldı
16-11-2021, 11:12
“Azəristiliktəchizat”ın xidmət rəisindən mənzilini qızdıra bilməyən sakinlərə ÇAĞIRIŞ
13-12-2022, 11:11
Vətən müharibəsi iştirakçısı həkimi döydü, xanımı bıçaqla hədələdi
29-01-2016, 18:08
Krediti qaytarmasan, bank zaminə nə edə bilər?
25-11-2021, 07:42
Sabunçu icrası Adil Vəliyev bu tikintilərə necə" razılıq" verir?
30-07-2015, 11:45
Rusiyada 67 yaşlı manyak qarı 11 nəfəri öldürüb (FOTO)
6-04-2023, 11:50
Kimdə bu 5 əlamət varsa, 100 yaşa çata bilər - SİYAHI
14-06-2023, 09:31
Röya Ayxan Mayamidən ev aldı - FOTO