Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sürücülərə BƏD XƏBƏR: rüsum artırıldı - YENİLƏNİB
Tarix: 29-06-2018 | Saat: 15:00
Bölmə:İqtisadiyyat / Gündəm / M2 | çapa göndər





Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə və avto-nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu artırılıb.
 
 
 
APA-nın məlumatına görə, Milli Məclisin bu gün növbədənkənar sessiyada sonuncu plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib.
 
 
 
Dəyişikliyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu 18 manatdan 25 manata, avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu isə 17 manatdan 25 manata qaldırılıb.
 
 
12:17
 
Milli Məclisin bu gün növbədənkənar sessiyada sonuncu plenar iclasının gündəliyinə daha bir məsələ əlavə edilib.
 
APA-nın məlumatına görə, bunu iclasa sədrlik edən Oqtay Əsədov bildirib.
 
Bu, “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərdir. Dəyişikliklərdə sürücülük vəsiqəsinin verilməsi və avtomobillərin qeydiyyatına görə rüsumun artırılması təklif olunur.
 
 
Bununla da, iclasın gündəliyində olan məsələlərin sayı 40-a çatıb.




Xəbəri paylaş

1 0318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___