2016-cı ildə internet istifadəçilərinin sayı 3,2 milyarda çatacaq
Tarix: 01-01-2016 | Saat: 18:44
Bölmə:İqtisadiyyat / Dünya / M2 | çapa göndər
“IDC” beynəlxalq analıtik şirkətinin proqnozuna əsasən, 2016-cı ildə dünya əhalisinin 44 faizi (3,2 milyard nəfər) internetdən istifadə edəcək. İki milyard istifadəçi mobil qurğuların köməyi ilə internetə daxil olacaq. 2020-ci ilədək dünyada internet istifadəçilərinin sayı ildə 2 faiz artacaq. “IDC”in mütəxəssisləri hesab edirlər ki, Çin, Hindistan və İndoneziyada internet istifadəçilərinin sayı yüksək templə artacaq. Analitik şirkət, həmçinin regionlar üzrə bəzi göstəriciləri açıqlayıb.
“it-weekly.ru” resursu xəbər verir ki, hazırda internetdən istifadə üzrə ən yüksək faiz göstəricisi Kanadada qeydə alınıb. Bu ölkədə əhalinin 87 faizi şəbəkəyə daxil olur. Çində mobil qurğuların sayı 981 milyon təşkil edir. Rusiyada 78 milyon nəfər axtarış sistemlərindən istifadə edir. Türkiyə internet reklam xərclərinə görə EMEA (Avropa, Yaxın Şərq və Afrika ölkələri) regionunda liderdir. Braziliyada internet üzərindən daha çox geyim satın alınır.
Qeyd edək ki, internet və genişzolaqlı internet istifadəçiləri göstəricilərinə görə ölkəmiz orta dünya göstəricisini təqribən 2 dəfə qabaqlayır.
2015-ci ilin 9 ayının göstəricilərinə görə, Azərbaycanda ölkə üzrə əhalinin 75 faizi internet, 65 faizi isə genişzolaqlı internet istifadəçisidir. Həmçinin ev təsərrüfatlarının 75,2 faizinin internetə çıxışı var. Evdə əhali internetə 70,6 faiz genişzolaqlı xətlə, 25,4 faiz mobil telefonla, yalnız 3,7 faiz modem (dial-up) vasitəsi ilə qoşulur. Son 5 ildə genişzolaqlı xətlə qoşulma 18 dəfə artıb, dial-up qoşulma isə 13 dəfə azalıb.
AZƏRTAC
Xəbəri paylaş
6188 dəfə oxunub.
Digər xəbərlər

22-06-2018, 15:20
"Fermerlər təhlükəsizlik qaydalarına əməl etməlidirlər" - İnam Kərimov
27-12-2018, 10:38
Bakı metrosunda problem: sərnişinlər platformada qaldı
30-10-2018, 10:29
Azərbaycanda körpəsini öldürən ananın əməlləri ilə bağlı - Təfərrüat
12-07-2016, 12:17
"Öz gücümlə, cırmaq-cırmaq qalxdım..." - Aparıcı Vüsalə üçün özəl gün
22-10-2021, 08:59
Savabı 10 həccə bərabər olan əməl
19-06-2015, 16:44
FHN əməkdaşları dənizdə batmaq təhlükəsi yaşayan şəxsi xilas edib
15-06-2016, 21:49
Gənc oğlan suda boğuldu - Şabranda
13-01-2016, 20:02
Neft Fondu valyuta satışını bərpa etdi
16-10-2020, 13:49
Baş Nazirdən Madagizlə bağlı SƏRƏNCAM
8-01-2017, 12:26
Günün qoroskopu: evdə qayğılar arta bilər