QMİ-nin bölgə nümayəndələrinə maddi dəstək verilməyəcək
Tarix: 22-03-2019 | Saat: 15:31
Bölmə:Karusel / Gündəm / İbadət | çapa göndər
Bu il Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgələr üzrə qazıları və səlahiyyətli nümayəndələri maddi dəstək alan şəxslərin siyahısından çıxarılıb.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu barədə məlumat verib.
Bildirilib ki, din xadimlərinə dövlət tərəfindən maaş deyil, maddi dəstək verilir:
“Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri də mənəvi dəyərləri təbliğ edən şəxslərə - din xadimlərinə maddi dəstəyin verilməsidir. Ötən il olduğu kimi bu il də QMİ ilə birgə maddi dəstək alacaq din xadimlərinin siyahısı müəyyənləşdirilərək onlara maddi dəstək verilməsinə başlanılıb. Lakin 2018-ci ildən fərqli olaraq bu il QMİ-nin bölgələr üzrə qazıları və səlahiyyətli nümayəndələri maddi dəstək alan şəxslərin siyahısından çıxarılıb. Buna səbəb həmin şəxslərin QMİ-dən maaş almalarıdır”.
Qeyd olunub ki, fonddan dəstək alan 986 din xadimi var. Onlardan 380 nəfəri imam, 271 nəfəri imam müavini, 335 nəfəri isə mütəvəllidir. İmamlara 450 AZN, imam müavinlərinə 350 AZN, mütəvəllilər isə 250 AZN maddi dəstək verilir.
Xəbəri paylaş
8118 dəfə oxunub.
Digər xəbərlər

24-12-2015, 22:02
Dollarla krediti olanlara xəbər var - VİDEO
16-09-2016, 19:52
Gəncədə divar uçdu: bir bacı öldü, digəri yaralandı - YENİLƏNİB
14-11-2015, 15:48
Cərimə meydançasında soyğunçuluq: “50 manat ver, buraxaq...“
31-12-2022, 11:58
Faiq Ağayev Pərvin haqqında: "Adama gəl-gəl edən enerjisi var" - VİDEO
13-04-2016, 14:58
İŞİD-in kölgəsindəki qaçqınlar
18-09-2023, 14:21
“Yusif Qədimbəylinin qardaşı oğlu başıma silah dirəyib, iki saat döydü” - İddia - VİDEO
27-09-2017, 10:37
“Salam Azərbaycan” verilişinin aparıcısı bu dəfə Yuriq Qaqarin haqqında veriliş çəkdi-VİDEO
17-12-2018, 12:02
Ramil Usubov iş adamının rəis oğlunu işdən çıxardı
8-03-2017, 00:09
Baxçalı elə bir üzük taxdı ki... - Hamı ondan danışır + Foto
12-02-2018, 16:46
MTRŞ-dən efirlərə siqaret QADAĞASI