Nazarbayev istefa verdi
Tarix: 19-03-2019 | Saat: 18:40
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər
Qazaxıstan prezidenti Nursultan Nazarbayev dövlət başçısı səlahiyyətlərinin icrasını dayandırıb.
Xəbəraz.Az TASS-a istinadən bildirir ki, N.Nazarbayev bu gün millətə xüsusi müraciətində belə deyib.
"Prezident postunda səlahiyyətlərimə son vermək qərarına gəldim", - Qazaxıstanın dövlət başçısı deyib.
"Elbası" titullu Nursultan Nazarbayev 6 iyul 1940 tarixində Qazaxıstanda doğulub. 1958-1960-cı illərdə Dneprodjerzinsk texniki peşə məktəbində oxuyub, "Kazmetalurqstroy" trestində fəhlə işləyib. 1960-1969-cu illərdə Karağandı metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1967-ci ildə Karağandı metallurgiya zavodunun nəzdində Ali Texniki Məktəbi bitirib, iqtisad elmləri doktorudur. 1969-1984-cü illərdə Karağandı metallurgiya zavodunda, Temirtau səhər partiya komitəsində, Qazaxıstan Kommunist partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışıb. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya məktəbini qiyabi bitirib.
1984-1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. 1989-1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali sovetinin sədri seçilib. 24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının Prezidenti seçilib. 1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının Prezidenti seçilib. 29 aprel 1995-ci ildə ümumxalq referendumu nəticəsində prezident səlahiyyətləri uzadılmışdı. 10 yanvar 1999-cu ildə seçkilərdə 81,71% səs toplayaraq yenidən prezident seçilmişdi. 4 dekabr 2005-ci ildə seçkilərdə 91.15% səs toplayaraq təkrar prezident olub.
Evlidir, üç qızı var. Tennis və xalq musiqisinə maraq göstərir.
Xəbəri paylaş
4368 dəfə oxunub.
Digər xəbərlər

22-11-2016, 10:27
Bakı nefti 50 dollara çatır
22-03-2020, 21:35
Gürcüstanla Azərbaycan arasında gediş-gəliş mümkün olacaq
16-08-2017, 16:52
Prezident “Azərsu”ya 4 milyon ayırdı
20-11-2019, 16:16
Prezidentdən Sabunçu rayonu ilə bağlı mühüm SƏRƏNCAM
8-02-2017, 11:05
Futbolçu maaş və mükafatlardan imtina etdi
19-12-2016, 16:35
Şuşa məscidi ilə bağlı İran XİN-dən - Açıqlama
27-01-2018, 17:38
XİN və DSX əməkdaşları saxlanıldı - DTX əməliyyat keçirdi
12-10-2022, 10:47
"Sonra qərara gəldik ki, marketdən spirtli içki alıb, bizim evə gedək" - Dəhşətli qətlin TƏFƏRRÜATI