Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
4000 nəfəri aldadıb, 700 min dollar qazandılar - Uydurma biznesmenlər ələ keçdi
Tarix: 18-03-2019 | Saat: 17:33
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Bakıda dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və bununla da zərərçəkənlərin külli miqdarda xarici valyutada olan pul vəsaitini mənimsəyən mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa ediliblər.
Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşlarının iştirakı ilə keçirilən əməliyyat-tədbiri nəticəsində bir qrup şəxsin investisiya şirkəti adı altında “şəbəkə biznesi” yaradaraq çoxsaylı vətəndaşları aldatmaları müəyyən edilib.
Araşdırma zamanı müəyyən olunub ki, Bakı şəhər sakini Kənan Mustafazadə, Qırğızıstan Respublikasında anadan olan Rəfail Taştəmirov, Lənkəran rayon sakini Xəyal Yaxyayev, Gəncə şəhər sakini Müslüm İsmayılov, Qəbələ rayon sakini Araz Qasımov və qeyriləri 2018-ci ilin iyun ayında internet şəbəkəsində xüsusi lokal proqram yaradaraq, dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən “İnvestsland” investisiya şirkəti adı altında özləri tərəfindən uydurulmuş “şəbəkə biznesi” yaradıblar. 
Onlar əslində mövcud olmayan “BeardyCoin” adlı kriptovalyutanın guya beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini, mərkəzi ofislərinin Amerika Birləşmiş Ştatlarında yerləşdiyini və özlərini həmin şirkətin Azərbaycan Respublikasındakı rəsmi nümayəndələri kimi təqdim edərək “investisiya paketi” adı ilə şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər.
Bu qayda ilə adıçəkilən şəxslər qurduqları “şəbəkə biznesi”nə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş “BeardyCoin” adlı kriptovalyutanı 700 min ABŞ dollarına satıblar. 
Araşdırma zamanı dəstə üzvlərinin “investisiya paketi” adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 4000-ə yaxın vətəndaşı aldatdıqları müəyyən edilib. 
Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslərin paytaxtın Nəsimi rayonunda icarəyə götürdükləri ofisə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, mütəşəkkil dəstənin beş üzvü barədə həbs qətimkan tədbiri seçilib, istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Xəbəri paylaş

5168 dəfə oxunub.

Digər xəbərlər
19-04-2017, 13:03 SABAHIN HAVASI

bütün xəbərlər
____ Instagram ___