Azərbaycanlılarla çeçenlər arasında insidentin videoyazısı təxribatdır - BƏYANAT
Tarix: 16-02-2019 | Saat: 18:10
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycanlılarla çeçenlər arasında insidentin videoyazısı təxribatdır.
Bu barədə Moskvada yaşayan azərbaycanlı və çeçenlərin birgə bəyanatında deyilir.
Bəyanatda deyilir: “Biz dinc şəkildə yaşayırıq və bir-birimizə hörmət edirik. Müsəlman olun, düzgün olun, dininizi, öz qardaşlarınızı sevin. Azərbaycanlılar və çeçenlər indiki vəziyyətdən narahatdır. Bu təxribatdır. Azərbaycanlılar və çeçenlər heç vaxt düşmən olmayıb. Biz vahid Qafqaz evində yaşamışıq. Mən bu videonu yayan dostlarıma səslənmək istəyirəm: dostluq və qarşılıqlı anlaşma haqqında videolar yayın. Biz hər zaman qardaş olmuşuq və qardaş qalacağıq. Biz yüzilliklər boyunca birgə olmuşuq və birgə qalacağıq. Aramızda düşmənçilik olmayıb və ola da bilməz. Biz müsəlmanıq və biz qardaşıq”.
Bəyanatda bildirilir ki, iki-üç nəfər arasında anlaşmazlıq milli anlaşmazlığa çevrilib:
“Biz hamımız qardaşıq, bizim bölüşmədiyimiz heç nə yoxdur. Biz müsbət söz danışanları alqışlayırıq, mənfi şərhlərə köklənənləri isə susmağa çağırırıq. Xalqlarımız hər zaman ümumi dil tapıb və tapacaq. Bizim bir torpağımız, bir Allahımız var, biz hamımız qardaşıq. Azərbaycanlılar bizim qardaşımızdır. Heç kimin qardaş Azərbaycan xalqını təhqir etməyə ixtiyarı yoxdur. Bu videoyazı təxribatdır”.
Qeyd edək ki, fevralın 14-də Moskvada "Neolit" kafesinin yanında silahlı münaqişə baş verib. Hadisə yerinə gələn polis dava iştirakçılarından 18 nəfəri tutub.
Xəbəri paylaş
5838 dəfə oxunub.
Digər xəbərlər

28-10-2016, 18:14
Avropada növbəti savaş bu regionda olacaq
27-09-2022, 11:02
Bakıda görmə qüsurlu şəxsi və ona kömək edəni avtomobil vurub, ölən və yaralanan var - FOTO
28-02-2021, 19:55
II Dünya Müharibəsindən qalan bomba belə məhv edildi - VİDEO
25-07-2016, 11:29
DİQQƏT! Villalar söküləcək - SİYAHI
17-02-2017, 14:09
Banan qabığı ilə üzünüzü ovun, sonra... - MASKALAR
27-03-2015, 14:18
İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
26-03-2018, 12:30
Tarkanın hamilə xanımının ilk fotosu
23-12-2017, 21:53
Kəlbəcərlilər dövlət başcısının diqqət və qayğısından razıdılar
11-07-2023, 19:32
"Uğurlarınız bol olsun, cənab GENERAL!"
27-06-2016, 20:18
Saakaşvili həbs olunacaq - Nazir