Reyhan Camalova ölkəmizi ABŞ-da təmsil edəcək
Tarix: 15-02-2019 | Saat: 13:38
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibi olub. R.Camalova müsabiqədə “Mühəndislik” nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, bu uğuruna görə R.Camalova 12 – 17 may 2019 – cu il tarixində ABŞ-ın Finiks şəhərində keçiriləcək İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil etmək imkanı qazanıb.
R.Camalova yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunun gənc ixtiraçısı, “ASAN xidmət”in ideya müvəkkili və dünya üzrə 100 nüfuzlu qadından biridir.
Müsabiqədə ümumilikdə 54 layihə qalib seçilib. Qaliblərə pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən “Sabahın alimləri” Respublika müsabiqəsinə maraq ildən-ilə artmaqdadır. Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI ISEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.
Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.
Xəbəri paylaş
3998 dəfə oxunub.
Digər xəbərlər

18-02-2022, 11:42
Bakıda taksi sürücüsü əxlaqsızlığı DAVAM EDİR! - "Bu "Uber" sürücüsü cəzalanmalıdır"
13-06-2018, 14:19
Təhsil naziri “Son zəng”lə bağlı əmr imzaladı
14-07-2023, 11:50
Qızdırma əleyhinə dərman atdı DÜNYASINI DƏYİŞDİ
13-08-2021, 10:55
Sürətlənən vaksinasiya prosesi və AZALMAYAN yoluxma sayı: - "Brifinq virusla mübarizə metodu deyil"
25-05-2017, 14:48
Mançester terrorçusu partlayışa belə hazırlaşıb - REAL VİDEO
21-04-2017, 15:22
Sudan xlor iyi gələndə...
27-07-2017, 21:38
Emin və oğulları "Jara" festivalında - Fotolar
9-12-2017, 12:47
Safura həyat yoldaşı ilə yeni şəkillərini paylaşıb
11-07-2022, 12:22
Pike Şakiranı aldatdığı qadından ayrıldı