Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda tanınmış müğənni həbs edildi - TƏFƏRRÜAT
Tarix: 18-01-2019 | Saat: 17:05
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Bakıda tanınmış müğənni, “Velizadə prodakşn”ın rəhbəri Tural Vəlizadə həbs edilib. 
T.Vəlizadə dörd nəfərə qarşı dələduzluqda ittiham edilir.
Belə ki, o, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert vermələrini təmin edəcəyinə söz verib.  T.Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min ABŞ dolları məbləğində pul alıb, lakin vədinə əməl etməyib. 
Zərərçəkmişlərin şikayətləri əsasında saxlanılan T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb və həbs-qətimkan tədbiri seçilib. 
Onun cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda hakim Cavid Hüseynovun sədrliyi ilə T.Vəlizadənin cinayət işi araşdırılır. 
O, ittiham üzrə özünü təqsirli bilmədiyini və iş adamlarından pulu borc aldığını söyləyib. 
Bu gün keçirilən məhkəmə iclasında zərərçəkmiş Rövşən Hacıyevin vəkili Babək Həmidov vəsatət qaldırıb. 
O, cinayət işində adı şahid qismində keçən Əli Vəliyevin də cinayət məsuliyyətinə cəlb edilməsini istəyib. 
Vəkil qeyd edib ki, Ə.Vəliyev iş adamı R.Hacıyevin işçisi olub, T.Vəlizadəni də onunla o tanış edib:
“Rövşən müəllimə türkiyəli müğənnilər Sıla və Ebru Gündeşin Bakıya konsert üçün gətirilməsi təklifini Əli verib. Əli də Rövşən Hacıyevdən ümumilikdə 140 min dollar pul alıb, Turala verib. Tural isə deyir ki, Əli ona ümumilikdə 120 min dollar pul verib. Məhkəmədən xahiş edirəm ki, həmin şəxs də cinayət məsuliyyətinə cəlb edilsin”.
Dövlət ittihamçısı vəsatətə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib. 
Məhkəmə prosesi yanvarın 25-də davam etdiriləcək. 
(oxu.az)


Xəbəri paylaş

6978 dəfə oxunub.

Digər xəbərlər
16-02-2016, 12:43 Bakıda müəmmalı intihar

bütün xəbərlər
____ Instagram ___