Bakının mərkəzində, küçənin ortasında 30 yaşlı paytaxt sakini zorlanıb.
Xəbəraz.Az sputnik azərbaycan-a istinadən xəbər verir ki, cinayət yanvarın 15-dən 16-na keçən gecə, saat 01:00 radələrində Nizami küçəsində, 149 nömrəli evin (italyan həyətində olan köhnə bina) həyətində baş verib.
Naməlum kişi gecə işdən evə gələn qadına (etik məsələlərə görə ad yazmırıq) hücum edib.
Zərərçəkənin kafedə qabyuyan işlədiyi bildirilir.
Təcavüzkar öz qurbanına bədən xəsarətləri yetirib və onu zorlayıb. Bu vaxt yaxınlıqda post-patrul xidmətinin əməkdaşları olub.
Polislər qadının qışqırıq səslərini eşidərək onun köməyinə tələsiblər. Asayiş keşikçilərini görən təcavüzkar qaçmağa başlayıb, lakin polislər onu saxlayıblar.
Saxlanan şəxsin Qazaxıstan vətəndaşı, 29 yaşlı Loktinov Ruslan Oleqoviç olduğu məlum olub.
Təcavüzkar qadının çənəsini sındırıb. Polis zərərçəkmişi xəstəxanaya çatdırıb.
İlkin araşdırma zamanı məlum olub ki, qadın piyada işdən qayıdırmış. Həmin vaxt Loktinov ona yaxınlaşaraq danışmağa başlayıb. Əvvəlcə qadın naməlum şəxslə danışıb, lakin sonra nə isə hiss edərək kişidən yaxasını qurtarmağa çalışıb.
Amma əlverişli məqam gözləyən kişi qadını yaşayış binasının həyətinə itələyib və orada onun çənəsinə zərbə vuraraq sındırıb. Sonra isə ona təcavüz edib.
İşdən evə qayıdan qadını küçədə zorladılar-Bakıda
Tarix: 18-01-2019 | Saat: 11:02
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Xəbəri paylaş
6458 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-01-2019 | Saat: 11:02
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
12-03-2015, 10:11
Xəzərdə güclü zəlzələ
16-06-2018, 12:59
DİN: Ötən gün ərzində 91 cinayət faktı qeydə alınıb
14-06-2021, 10:27
"Son zəng" hansı qaydalarla keçirilir? - Təhsil İdarəsindən AÇIQLAMA
24-10-2015, 18:52
Mərkəzi Bankda "əlavə dəstək" müzakirəsi
19-11-2017, 12:03
"Deyir ki, qaşını al, saçını rənglət"
26-01-2016, 22:07
Göygöldə ər arvadını avtomobillə vurdu
5-05-2017, 12:49
"Barcelona" Türkiyədən üzr istədi
2-06-2016, 12:33
İsmayıllıda sürüşmə fəsadlar yaratdı - kəndlərlə əlaqə kəsilib
29-01-2020, 20:04
Vladimir Putin azərbaycanlı biznesmendən işçilərinə nə qədər maaş verdiyini soruşdu
29-08-2015, 17:59
Namiq Qaraçuxurlunun evlənir