Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əli Əhmədov: Azərbaycanın tarixi keçmişi nə qədər əzəmətlidirsə, gələcəyi də bir o qədər parlaqdır
Tarix: 21-11-2018 | Saat: 14:36
Bölmə:M / Karusel / Siyasət / Gündəm / Xəbəraz-ın debatı | çapa göndər

 
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanın siyasi ab-havasının indikatoru rolunda oynayır.
Bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini və partiyanın icra katibi, Baş nazirin müavini Əli Əhmədov partiyanın 26-cı ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müasir tarixinin ən önəmli hadisələrindən biridir. Bu təşkilat özünün 26 illik fəaliyyətindən məmnundur: "Bu illər ərzində Azərbaycan regionda öz mövqeyini əhəmiyyətli dərəcədə artırıb. Bu gün Azərbaycan adı hörmətlə çəkilən ölkələrdəndir".
Ə.Əhmədov qeyd edib ki, YAP-da 725 min nəfər Azərbaycan vətəndaşı birləşib: "Yeni Azərbaycan Partiyasında Azərbaycanın yaşlı əhalisinin hər 10 nəfərindən biri təmsil olunur".
Baş nazirinin müavini hesab edir ki, bu qədər vətəndaşın YAP-da birləşməsi Heydər Əliyev ideyalarına olan inamla bağlıdır.
Ə.Əhmədov bildirib ki, Azərbaycanın tarixi keçmişi nə qədər əzəmətlidirsə, gələcəyi də bir o qədər parlaqdır.


Xəbəri paylaş

6028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___