Bakı metrosunda təhlükəli anlar - Maşinist iki vaqonun arasına düşdü
Tarix: 21-11-2018 | Saat: 10:48
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
4328 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-11-2018 | Saat: 10:48
Bölmə:Karusel / Hadisə | çapa göndər
Noyabrın 19-u səhər saat 7 radələrində "Bakı Metropoliteni"nin Bənövşəyi xəttinin "Memar Əcəmi-2" stansiyasında həyəcanlı anlar yaşanıb.
Həmin saatda növbədə olan maşinist Rəmzi Rüstəmov qatarı "Avtovağzal" istiqamətində hərəkət etdirmək üçün platforma ilə sonuncu vaqona doğru hərəkət edərkən, sərnişin axınına məruz qalıb.
Bu vaxt maşinist iki vaqonun arasına düşüb. Xoşbəxtlikdən sərnişin və metropoliten əməkdaşlarının dərhal verdiyi reaksiya ilə R.Rüstəmov 825 voltluq təmas relsinin üstünə düşməkdən son anda qurtulub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. İlkin məlumata görə maşinistin qolu qırılıb.
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında faktı təsdiqləyib:
"Bəli, belə bir hadisə olub. Rəmzi Rüstəmov vaqondan vaqona keçərkən səhlənkarlığa yol verib. Yıxılıb, xoşbəxtlikdən daha ciddi xəsarət almayıb, qolu qırılıb. Bu barədə Əmək Müfəttişliyinə xəbər verilib. Hazırda maşinist bülletendədir. Təbii olaraq, o vəziyyətdə işə çıxa bilməz. Əmək Müfəttişliyi hadisəni araşdırdıqdan sonra yekun qərar veriləcək”.
B.Məmmədov qeyd edib ki, maşinistin kabinanı dəyişmə səbəbi qatarıın "Memar Əcəmi-2 " stansiyasından "Avtovağzal” stansiyasına gedib və qayıtmasıdır:
"Maşinist qatarı "Avtovağzal” stansiyasına sürmək üçün kabinanı tərk edib, digər kabinaya gedərkən belə bir hadisə yaşanıb”.
Xəbəri paylaş
Digər xəbərlər
13-09-2016, 09:35
Zabit Səmədov müsəlmanları təbrik etdi – Video
14-03-2016, 16:01
Ankaradakı qanlı terror aktını törədən qızın kimliyi məlum oldu (FOTO)
2-08-2016, 20:38
Bakı-Sumqayıt yolunda ağır qəza - Ölən və yaralanan var
11-10-2017, 10:42
Bakıda xanım jurnalist maşınla adam vurdu
30-04-2022, 10:23
“BakuBus”ın avtobuslarında pulsuz WiFi olacaq
14-08-2015, 18:26
Bakıda iki uşaq atası özünü asdı
27-09-2015, 16:41
46 yaşlı müğənni: "Gənclərə meydan oxuyuram" - FOTOSESSİYA
24-03-2016, 13:58
Vəzifəli şəxslərə qarşı yeni cəza gəlir