Azərbaycanda 97 nəfər dərmandan zəhərləndi
Tarix: 20-11-2018 | Saat: 13:51
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bu ilin əvvəlindən indiyədək 97 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə müraciət edib.
Bunu trend-ə mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, bu il ərzində 108 nəfər dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edib.
A.Maqsudov hesab edir ki, zəhərlənmə hallarının baş verməsi ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil:
"Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir. Bu da sonda zəhərlənmə ilə nəticələnir. Bizim xəstələrlə söhbətimizdə də onlar dərmanın dozasını həkimin dediyindən daha artıq qəbul etdiyini söyləyirlər".
A.Maqsudov qeyd edib ki, müraciət edənlər əsasən antibiotiklər və vitaminlərin qəbulu nəticəsində dərmanların əlavə təsirlərinə məruz qalıblar.
Xəbəri paylaş
4138 dəfə oxunub.
Digər xəbərlər

17-12-2017, 11:29
32 yaşlı qadın hamamda öldü - FOTO
11-01-2021, 17:30
Şəhidlərin adından istifadə edib çaşqınlıq yaratmaq istəyənlər var...
15-11-2020, 15:24
Ordumuz Kəlbəcər üçün tam hazırdır - MN
30-09-2016, 09:53
Manat bahalaşdı – Rəsmi
1-09-2019, 22:26
Daha bir deputat rəsmi qəzetlərdəki başsağlıqlarına qarşı
8-06-2017, 18:17
"Yataqxanadakı yanğınla bağlı görülən bütün tədbirlər Prezidentin nəzarəti altındadır"
20-05-2018, 16:57
"Çağla ilə yenidən evlənmərəm"
18-04-2019, 14:45
Kim Çen In yenə raket atdı
16-12-2015, 13:36
Zakir Həsənov cəbhəyə getdi – FOTO