Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gəncə İcra Hakimiyyətindən faciə ilə bağlı yeni MƏLUMAT: Bir ailə hələ dağıntı altındadır
Tarix: 20-11-2018 | Saat: 10:30
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

 
“Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş verən partlayışda dağıntılar arasında qalanlardan bir nəfərin meyiti çıxarılıb”.
Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Həsən Məmmədov bildirib.
Hazırda hadisə yerində olan H.Məmmədov daha bir neçə nəfərin dağıntılar altında qaldığının ehtimal edildiyini deyib:
“Xilasetmə işləri davam edir. Bir ailənin iki üzvü-ana və onun hərbçi oğlunun dağıntılar altında qaldığı bildirilir. Hazırda onalrın axtarışları gedir”.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
İlkin məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.
Əlavə məlumat veriləcək.
 


Xəbəri paylaş

5508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___