Ana doğduğu körpəsini öldürdü - Azərbaycanda dəhşət
Tarix: 18-11-2018 | Saat: 11:02
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
4758 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-11-2018 | Saat: 11:02
Bölmə:Karusel / Hadisə | çapa göndər
Azərbaycanda ana yeni doğduğu körpəsini öldürüb.
Hüquq-mühafizə orqanlarından open.az-a verilən məlumata görə, hadisə Lənkəranda qeydə alınıb.
Lənkəranın Girdəni kənd sakini, 1997-ci il təvəllüdlü Fəridə Üzeyir qızı Kərimzadə on gün əvvəl dünyaya gətirdiyi Toğrul Məmmədovun göbək nahiyəsinə qayçı ilə xəsarət yetirib. Göbəyindən kəsilmiş-deşilmiş xəsarətlər alan körpə əvvəlcə rayon xəstəxanasına, oradan da Bakıya - Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD) aparılıb. Göstərilən tibbi yardımlara baxmayaraq körpə noyabrın 15-də orada dünyasını dəyişib.
Araşdırmalar zamanı müəyyən edilib ki, F. Kərimzadə həmin körpəni dünyaya gətirən zaman sarsıntı keçirib və o, "dəqiqləşdirilməmiş doğuşdan sonrakı psixi pozuntu” diaqnozu ilə qeydiyyata götürülüb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Xəbəri paylaş
Digər xəbərlər
1-10-2023, 10:49
Ürəyə faydalı, ömrü uzadan içki hansıdır? – Həkim açıqladı
20-09-2022, 11:18
Havada toz dumanı müşahidə edilir
27-01-2022, 16:36
Alimlərdən qorxunc proqnoz - Bu baş versə planetimiz...
12-10-2015, 21:49
Nazirlik və Komitəyə əlavə tapşırıqlar verildi
2-07-2015, 02:41
Ermənistan tərəfi razı olsa açıqlama sabah veriləcək
4-10-2015, 17:17
Tərtərdə oğul ata və anasını amansızcasına qətlə yetirdi
6-11-2023, 12:03
Ağsu aşırımında "Mercedes" dərəyə aşdı - Ata və oğlu öldü
6-08-2022, 12:47
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
1-09-2019, 19:26
Narkotik satmaqda ittiham edilən "Səbiş" hakim qarşısında - FOTO