Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Nə ziyanı ola bilər ki?” deməyin! - Bitki çayları orqanlarınızı məhv edir
Tarix: 16-11-2018 | Saat: 16:15
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

 
Bitki çayları həqiqətən də bir çox müalicəvi xüsusiyyətlərə malik olan, amma bununla yanaşı bir sıra əlavə təsirləri də müşahidə edilən içkilərdir. Ona görə də bu içkilər hamı üçün eyni dərəcədə yararlı sayıla bilməz. 

Otlar vasitəsilə müalicə elmə hələ qədimdən məlumdur. Amma bu işlə kortəbii olaraq məşğul olmaq sağlamlığa ciddi zərər vura bilər. Çünki faydalı bilib hər gün içdiyiniz bitki çayı başqa tərəfdən sizə ziyan olacaq. Buna görə də ilk əvvəl araşdırmaq məsləhətdir. 

Bitki çaylarının hansı hallarda qəbul edilməsinın ziyanlı ola biləcəyini açıqlayırıq:

Dazı otu – Baxmayaraq ki, dazı otu dərman tərkibə malikdir, onu kontrolsuz içmək qətiyyən olmaz. Soyuqdəymə zamanı iltihabəleyhinə və mikrobəleyhinə istifadə etmək olar. Uzun müddətli qəbulu zamanı isə allergik reaksiyaya və dəridə qızartılara səbəb olur. Güclü ödqovucu xüsusiyyəti sayəsində isə öd daşı olan insanlarda bir sıra fəsadlara yol aça bilər. Dazotu həmçinin qan təzyiqini artırır. Kişilər bu bitkinin dəmləməsini içən zaman müvəqqəti cinsi disfunksiya ilə üzləşə bilərlər. 

Nanə - Bir sıra xeyirli xüsusiyyətlərə malik çox ləzzətli içkidir. Nanə çayı sakitləşdiricidir, iltihabı, ağrını aradan qaldırır. Bütün bunlarla yanaşı nanə mədə yanmasına da səbəb ola bilər. Bitki uşaqlığın yığılmasına səbəb olur ki, bu da mayalanma prosesinin qarşısını alır. Nanə çayı qan təzyiqini normallaşdırmır, aşağı salır buna görə də aşağı təzyiqli insanlar üçün çox təhlükəlidir.  
Solmazçiçəyi – Ödqovucu və sidikqovucu təsirə malikdir.  Qaraciyər xəstəlikləri, az turşuluqlu qastrit və ateroskleroz zamanı faydalıdır. Uzun müddətli istifadəsi zamanı qaraciyərdə toksik maddələrin toplanmasına səbəb olur. Həmçinin də solmazçiçəyini öd kisəsində daş olan insanlar qəbul etməməlidirlər. Bu daşların öd yollarına düşməsinə səbəb ola bilər.
(medicina.az)


Xəbəri paylaş

6218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___